Ermənistanda "erməni namusu"nu qoruyan vahid - 102-ci rus hərbi bazası (ARAŞDIRMA)

2019/09/38224-3138995084.jpg
Oxunub: 2079     15:50     27 Sentyabr 2019    
Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

102-ci hərbi baza və ya 04436 saylı hərbi hissə, Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, əsrlər boyu olduğu kimi, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir. Hazırda 04436 saylı hərbi hissənin komandiri vəzifəsini polkovnik Vladimir Elkanov yerinə yetirir.

Bu hərbi baza 1994-cü ilin sentyabrın 1-də Qafqaz Hərbi dairəsinin 127- ci motoatıcı diviziyasının əsasında yaradılıb. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir.

Hərbi bazaya bitişik olan "8-ci şəhərcik" adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır.

Sovet hakimiyyəti zamanında Ermənistan ərazisində 164-cü motoatıcı alay yaradıldı, sonra isə onu 127-ci motoatıcı diviziyaya qədər böyütdülər. Sonuncunun tərkibinə 123-cü, 124-cü və 128-ci motoatıcı alaylar, 992-ci artilleriya alayı və 116-cı tank taboru daxil edildi.

SSRİ dağılmağa başlayanda Qafqazlarda yaradılan süni münaqişələr, məhdud imkanlara malik Ermənistanı qonşularına qarşı iddialarını gerçəkləşdirməkdən ötrü öz ərazisində Rusiyanın hərbi iştirakını təmin edəcək addımlar atmağa vadar edirdi. Təbii ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstandan ərazilər əldə edərək "dənizdən-dənizə" prinsipi ilə "Böyük Ermənistan" yaratmaq xülyasının bir elementi kimi İrəvanın Rusiyanın hərbi dəstəyinə arxalanacağı təəccüblü deyildi. SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan öz ərazilərindəki Rusiya bazalarının tam çıxarılmasına nail olsalar da, Ermənistan tam əksinə, 2044-cü ilə kimi rus əsgərlərinin ölkədə iştirakına icazə verib.

Xatırladaq ki, dünya praktikasında digər ölkə ərazisində hərbi baza saxlanılması kifayət qədər böyük bir rəqəmlə ifadə olunsa da, bu prosedur həmişəki kimi Ermənistana aid deyil. Rusiya Müdafiə Nazirliyi bazaya görə İrəvana heç bir kompensasiya ödənişi həyata keçirmir.

1992-ci ilin sentyabrında imzalanan müqaviləyə görə, Ermənistan 345 km Türkiyə ilə, 45 km isə İranla olan sərhdlərinin qorunmasını da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinə etbar edib. Hazırda Rusiya bu məqsədlə Gümrü, Armavir, Artaşat və Mehridə yerləşən sərhəd dəstələrindən istifadə edir. Eyni zamanda "Zvartnots" beynəlxalq aeroportunun buraxılış keçid məntəqəsi də "böyük qardaşın" nəzarəti altındadır. Ümumilikdə "erməni namusu"nu sərhədlərdə 4500 nəfər rus əsgəri qoruyur.

Belə bir rus- erməni əməkdaşlığı zaman-zaman həm bazanın, həm də sərhəd dəstələrinin hərbi qulluqçuları ilə yerli əhali arasında ciddi problemlər yaradır, nəticədə vətəndaşlar etiraz aksiyaları keçirirlər. 2015-ci ilin yanvarında 102-ci bazanın əsgəri Valeri Permyakovun 6 nəfərlik erməni əsilli Avetisyan ailəsinin kökünü yer üzündən kəsməsi barədə skandal bütün dünya mediasında geniş işıqlandırıldı. Permyakov azadlıqdan məhrum edilsə də, Rusiya onu Ermənistandan geri aldı, hazırda onun həbsdə qalması isə şübhə altındadır. Rusiya hərbi bazası 450 min avro cərimə olundu, lakin vəsaitin kimə və necə ödənildiyi məlum deyil.

Rusiya rəhbərliyi həmin ilin martında bu hadisəyə görə hərbi bazanın komandiri, Ryazan hərbi desant məktəbinin və Hərbi Akademiyanın məzunu polkovnik Andrey Ruzinskini vəzifəsindən azad edərək şərqi Ukraynaya göndərdi. Ukraynanın şərqində general rütbəsi alan Ruzinski müxtəlif zamanlarda içkiyə aludəçilik, yüksək rütbəli zabitlərlə münaqişə, idarəetmədə səhlənkarlıq və “Qərb-2017” təlimlərində yol verdiyi nöqsanlar və s. görə ordu sıralarından xaric edildi. Onu baza komandiri vəzifəsində general-mayor Ustinov əvəz etdi.

2017-ci ilin aprelin 16-da rusiyalı MAXE Dmitri Loşmanovun itkin düşməsi, bir neçə gündən sonra tapılması da şübhəli məqamlarla müşayiət olunan hadisələrdən hesab edilir. 2017-ci ilin ortalarından isə bazaya bu günə qədər milliyətcə abxaz, polkovnik Vladimir Həzrətoviç Elkanov komandirlik edir. O, bundan əvvəl Suriyada xidmət edib.

2018-ci ilin iyul ayında 102-ci bazanın şəxsi heyətinin yaxınlıqda "Alagöz" hərbi poliqonunun olmasına baxmayaraq, Panik kəndində atəş açması mülki əhali arasında panikaya səbəb oldu və bu təxribat Rusiyanın Ermənistanı “demokratiya seçimi”nə diqqətlə yanaşmağa dəvət etməsi kimi dəyərləndirildi. Bütün bu neqativ hadisələr daim yerli əhalinin etirazına səbəb oub. Lakin erməni siyasi elitası müxtəlif siyasi kurslara malik olsa da, bazanın Ermənistandakı iştirakına son verəcək qədər iradəyə malik deyil. Bu siyasi xətt son 150 ildə ciddi dəyikliyə məruz qalmayıb.

Kompensasiya ödənilməməsi faktının özü də işğal elementlərini daha qabarıq şəkildə nümayiş etdirir. Müqavilə şərtlərinə görə, Ermənistana qarşı müdaxilə Rusiyaya qarşı müdaxilə kimi dəyərləndiriləcək. Şəxsi fikrimcə, əgər Ermənistana müdaxilə kiçik dövlətlər tərəfindən edilərsə, Moskva bəlkə də təsir mexanizmlərini işə sala bilər. Əgər müdaxilə nisbətən güclü dövlət tərəfindən edilərsə, Moskva sadəcə hay-küy sala biləcək. Nümunə kimi, həm Türkiyə, həm də İsrail pilotlarının fəaliyyəti nəticəsində Rusiya hərbi təyyarələri və pilotlarının məhv edilməsinə qarşı Moskvanın reaksiyasına baxmaq kifayətdir. Öz hərbçilərinin məhvinə ciddi bir reaksiya verə bilməyən Rusiyanın Ermənistanı bütün təhlükələrdən qoruya biləcəyi real deyil.

Baza MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterlərinə sahib 3624-cü aviasiya dəstəsindən (1998-ci ildə aviasiya qrupuna 520-ci aviasiya komanendaturası da əlavə edildi və 2001-ci ildən onu 3624-cü aviasiya dəstəsi adlandırırlar), həmçinin S-300V zenit raket kompleksləri ilə silahlanan 988-ci zenit raket alayından və təchizat bölmələrindən ibarətdir. Bazanın aviasiya vasitələri iki qarnizonda yerləşir.

Aviasiya dəstəsi "Erebuni" və Gümrüdəki "Şirak" aerodromlarında əvəzi ödənilmədən yerləşdirilib. Onun silahlanmasında aşağıdakı hava vasitələri mövcuddur:

- 16 ədəd MiQ-29 (onlardan 4 ədədi MiQ-29UB tipli təlim-döyüş təyyarələridir);
- 6 ədəd Mi-24P döyüş helikopteri;
- 7 ədəd Mi-8 çoxməqsədli helikopteri.

Rusiya HKQ-si 2018-ci ilin fevralın 20-də 102-ci bazaya 2 ədəd MiQ-29C qırıcısını və 1 ədəd Mi-8 MT helikopterini, iyulun 10-da isə Krasnodardan 2 ədəd MiQ-29 yüngül cəbhə qırıcısını modernləşdirmədən sonra göndərib. Bu qırıcıların gəlişi rotasiya xarakteri daşıdığı üçün ümumi saya təsir etməyib. Fevralda göndərilən vasitələrin yük təyyarəsində gətirilməsi onların tam döyüşə hazır olmadığını iddia etməyə əsas verir.

2018- ci ildə Ermənistandakı bazaya 12 ədəd Su-35 çoxməqsədli qırıcısı da gətirilib. Onarın Rusiya HHQ-nə aid olub və təlim məqsədilə bura gətirildiyi ehtimal edilir. Onlar da əvvəlkilər kimi (təlim məqsədilə gətirilən S-30), Rusiyaya qaytarılıb.

Rusiyanın hərbi bazasında qırıcılarının yeniləməsi də gözləniləndir. Lakin aşağı istehsal templəri bunun da yalnız 2-3 il sonra mümkün ola biləcəyini diqtə edir.

Hazırda Ermənistanın özünə aid qırıcı parkı yoxdur, hücum təyyarələri parkı isə 1970-ci illərdə istehsal edilən, kifayət qədər köhnə Su-25 təyyarələrindən ibarətdir.

Xatırladım ki, 102-ci bazanın qırıcı eskadrilyası 1998, helikopter eskadrilyası isə 2013-cü ildə təşkil edilib.

Ermənistandakı 102-ci hərbi bazada mövcud olan silah və hərbi texnikanın siyahısının aşağıdakı kimi olduğu ehtimal edilir:

Döyüş tankları – 80 ədəd;
Digər zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd;
Yüngül zirehli avtomobillər – 75 ədəd;
2А19 (Т-12) tipli 100 mm-lik artilleriya topu – 85 ədəd;
"9k51 Qrad" YARS – 30 ədəd;
2S3 "Akatsiya" özüyeriyən artilleriya qurğusu – 30 ədəd;
D-30 topu – 60 ədəd;
2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu – 10 ədəd.

Bunlardan əlavə bazanın silahlanmasında naməlum sayda 2K11"Kruq", S-75, "Buk M1-2", 9K33 "Osa", ZSU-23-2 ZRK və "Skad" OTRK-lar var. "Smerç" YARS alınması ilə bağlı məlumatlar da mövcuddur. Onların bəzilərinin xidmət müddətinin başa çatdığı istisna deyil. Keçən il hərbi bazaya "Radiolampa" texniki kəşfiyyat qurğusu da gətirilib.

102-ci baza şəxsi heyətin, zirehli və zirehsiz texnikaların radio ilə idarə edilən mina partlayıcı vasitələrdən qorunması üçün nəzərdə tutulan "İnfauna" radiokəşfiyyat və radioelektron mübarizə vasitəsi ilə, eyni zamanda radioaktiv, kimyəvi və bioloji kəşfiyyat aparmaq üçün RXM-6 (BTR-80 bazasında) kimyəvi kəşfiyyat maşını ilə də təmin olunub.

Baza "Ratnik" mina əleyhinə dəstlə, "Strelets" kəşfiyyat qurğusu və "Azart" rabitə avadanlıqları ilə təchiz olunub.

Bazanın zirehli parkının hələ bir neçə il öncə yeni BMP-2 və T-72B3 modelləri ilə yenilənməsi nəzərdə tutulsa da, bu proses hələ də davam edir.

Baza komandirlərinin məlumatına görə, şəxsi heyətin döyüş hazırlığı 3 mərhələli prinsipə əsaslanır. İlk mərhələdə onlar "Kamxud" və "Alagöz" poliqonunun təlim- material bazasında döyüş hazırlığı ilə məşğul olur; ikinci mərhələ daimi yaşayış məntəqəsindəki kazarmaların bazasında; üçüncü isə tədris korpusunun siniflərindəki təlim materialları əsasında keçirilir. Hər həftə bu sxemə uyğun olaraq bölmələrin yerdəyişməsi aparılır. Proqram döyüş təlim kurslarında personalın maksimum əhatə olunmasını təmin edir.

2017-ci ildə Ermənistan bir il qabaq məruz qaldığı hərbi məğlubiyyətlərinin təkrar edilməməsi məqsədilə tədbir "görüntüsü" yaratmaq məqsədilə Ermənistan və Rusiya Birləşmiş Qoşun Qruplaşması Komandanlığı yaradaraq, öz Silahlı Qüvvələri və 102-ci bazanın bu qurumun tərkibinə daxil edilməsinə dair razılıq verdilər.

İstənilən Ermənistan hakimiyyəti tərəfindən Rusiya hərbi bazasından həm Türkiyə, həm Azərbaycana qarşı "müdafiə çətiri" kimi istiafadə edildiyi heç zaman gizlədilməyib. Guya mümkün hərbi münaqişə zamanı Rusiya Ermənistanı həm havadan, həm də qurudan müdafiə edəcək.

Lakin ideyanın özünün absurd olmasını yaxın keçmişdə- Yuqoslaviya, Əfqanıstan, İraq və Suriyada şahidi olmuşuq.

Ermənistanın anlamalı olduğu digər həqiqət isə budur ki, bütün dövrlərdə həm SSRİ-yə, həm də Rusiyaya hərbi bazalar mümkün əməliyyatlar teatrını öz sərhədlərindən maksimum dərəcədə uzaqlaşdırmaq üçün lazım olub. Bu bu gün də belədir. Bunu dərk etmək üçün Rusiyanın hərbi doktrinasına nəzər salmaq kifayətdir. Hazırda NATO-nun hərbi qüdrəti getdikcə artır və Rusiyanı öz sərhədlərinə sıxışdırmaqda davam edir. Bir müddət sonra Ermənistana tərəf müqabilini dəyişdirməsi təklif ediləcək. ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvana səfəri də məhz nəbz yoxlanılması kimi dəyərləndirilməlidir. Rədd cavabı müəyyən dərəcədə Ermənistan üçün bəzi təhlükələr də yarada bilər. Ermənistan ərazisində Rusiya hərbi bazasının mövcudluğu bu gün hər iki tərəfə bərabər şəkildə uyğun gəlir. Rusiya NATO ilə təmasını cənub sərhədlərindən mümkün qədər uzaqda saxlaya bilir, Ermənistan isə Azərbaycandan hələlik qoruna bilir. Lakin dünyada bütün proseslərin başlanğıcı olduğu kimi, sonu da olur. Əsas baş sındırılmalı olan isə son mərhələdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 102-baza   Rusiya   Ermənistan  

Ermənistanda "erməni namusu"nu qoruyan vahid - 102-ci rus hərbi bazası (ARAŞDIRMA)

2019/09/38224-3138995084.jpg
Oxunub: 2080     15:50     27 Sentyabr 2019    