İlk mərkəzləşmiş Azərbaycan dövlətinin hərbi siyasi tarixi - III YAZI

2019/07/e13fa-1562068339.jpg
Oxunub: 2311     16:44     02 İyul 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Mannanın hərbi siyasi tarixi İki güclü dövlətin - Assuriya və Urartunun mübarizə meydanına çevrilən Urmiya ətrafı vilayətlərdə meydana gələn dövlətlərin müstəqil mövcudluğu üçün əsas çıxış yollarından biri onların birləşməsi idi.

E.ə. IX əsrin ikinci yarısından etibarən adı yazılı mənbələrdə xatırlanan Manna çarlığı da belə bir birləşmənin nəticəsində meydana gəlmişdi. Bu dövlətin adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasara müqavimət göstərən "hökmdarlar" arasında rast gəlinir. Qüdrətli ölkə olan Assuriyaya müqavimət göstərən çarlıqlar arasında Mannanın da adı çəkilirsə, onda güman etmək olar ki, e.ə.IX əsrin ortalarında bu dövlət formalaşma prosesini keçirirdi və qısa müddətdən sonra təxminən e.ə. IX əsrin 20-ci illərində Urmiyayanı bölgənin əksər hissəsini əhatə edirdi. Yazılı mənbələrdən məlum olur ki, e.ə. 829-cu ildə Assuriya qoşunları yenidən Mannaya hücum edərək onu viran ediblər. Ancaq bu məğlubiyyətə baxmayaraq Manna çarlığı Assuriyaya tabe olmamışdı və istilaçılar Manna əhalisinin iradəsini qıra bilməyiblər. Buna baxmayaraq Assuriya hökmdarı Mannaya və Urmiyayanı ərazilərə hakim olmaq planlarından əl çəkmirdilər və bu yolda yerli əhalinin müqavimətindən başqa Urartu dövlətinin güclənməsi və Assuriya hakimlərinin niyyətlərinin həyata keçməsi üçün ciddi maneəyə çevrilirdi. Urartu dövləti eyni zamanda Manna dövlətinin müstəqilliyi üçün böyük təhlükə yaradırdı. Menuanın çarlığı dövründə Urartu qoşunlarının Manna ərazilərinə yürüşləri başladı.

Urartulular Manna torpaqları uğrunda təkcə Manna qoşunları ilə deyil, e.ə. IX əsrin sonlarında həm də Assuriya qoşunları ilə toqquşurdular. Nüfuz dairəsi uğrunda gedən bu mübarizələrdə Assuriya müəyyən qədər zəifləmişdi və regionda hegemon rolunu Urartu öz üzərinə götürmüşdü. I Argiştinin hökmdarlığı illərində (e.ə. 786-760) urartuluların Urmiyayanı ərazilərə, xüsusilə Mannaya yürüşləri daha da artdı. I Argiştinin adından yazılmış mixi kitabələrinin birində göstərilir ki, belə yürüşlərin birində Urartu qoşunları Mannanı dağıtdı, şəhərləri yandırdı, 3270 adam öldürüb çoxlarını əsir götürdü, 170 atı, 62 dəvəni, 2411 iribuynuzlu heyvanı, 6140 baş xırda buynuzlu heyvanı özləri ilə apardılar. E.ə. 784- cü ildən 774-cü ilədək olan müddətdə Mannaya və Urmiyayanı ərazilərə yürüşləri zamanı urartulular tərəfindən 50 minədək 43 adam öldürüldü və ya əsir götürüldü, 100 mindən artıq xırda buynuzlu, 40 mindən artıq iri buynuzlu mal-qara, xeyli sayda at və dəvə aparıldı, neçə-neçə şəhər və yaşayış məntəqəsi viran qoyuldu.

Menuanın xələfi I Argiştinin hakimiyyəti dövründə Urartu öz çiçəklənmə dövrünü keçirirdi. Yaxşı silahlanmış Urartu ordusu ön Asiyaya, o cümlədən Manna ərazilərinə ardıcıl uğurlu hərbi yürüşlər edərək bu ərazilərdə Assuriyanın nüfuzunun zəifləməsinə səbəb oldu. Bu yürüşlərin nəticəsində möhkəmləndirilmiş şəhərlərdən biri olan Şimerixadiri ələ keçirildi. Lakin yadelli işğalçıların bu uğurları da Manna əhalisinin mənəvi əhval-ruhiyyəsini sındıra bilmədi. Onlar düşmənə müqavimət göstərmək üçün hazırlıq aparır və əlverişli şərait gözləyirdilər. Belə bir əlverişli məqam çatan kimi mannalılar Urartu hakimiyyətinə qarşı üsyan qaldıraraq ərazilərini düşməndən təmizləmək üçün mübarizəyə qoşuldular. Hətta bəzi uğurlar da qazandılar. Ərazilərin müəyyən hissəsini Urartu qoşunlarının işğalından qoparmaq mümkün olsa da bu, uzun çəkmədi. I Argiştinin qoşunları Manna qoşunlarını məğlub edərək özləri ilə xeyli əsir və mal-qara apardılar. I Argiştinin oğlu II Sarduri isə cənubi Azərbaycan ərazilərinə hücumdan sonra öz kitabələrində 21 qalanı, 45 şəhəri və möhkəmləndirilmiş hökmdar şəhəri olan Libluini şəhərini işğal etdiyini bildirirdi. Bir il ərzində Mannaya, Cənubi Qafqaza və qərb vilayətlərinə basqınlar nəticəsində Urartu hökmdarları 12735 gənci, 46600 qadını əsir aparmışdılar. Urartu qoşunlarının bir neçə onillikdə davam edən uğurlu hücumlarından sonra Assuriyanın Cənubi Qafqazla, Kiçik Asiya ilə əlaqələri kəsildi və bu hal təxminən bir əsrə qədər davam etdi. Nəticədə Assuriyanın göstərilən regionlarla ticarət və iqtisadi əlaqələri kəsilərək xeyli zəiflədi. Bu dövlətin yenidən güclənərək Yaxın Şərqin qüdrətli ölkəsinə çevrilməsi e.ə. 745-ci ildə hakimiyyətə gələn III Tiqlatpalasarın çarlığı dövrünə təsadüf edir. Tiqlatpalasarın hakimiyyətə gəldiyi dövrdə regionda Urartudan başqa Midiya tayfaları da güclənməkdə idi. E.ə. 744-cü ildə Assuriya qoşunları midiyalıların üstünə hücuma keçdilər. Görünür, bu hücum gözlənilən nəticəni verməyib. Çünki, bir neçə ildən sonra, daha doğrusu e.ə. 737-ci ildə Assuriya qoşunları yenidən midiyalılar üzərinə hücuma keçdilər.

E.ə. 743-cü ildə Tiqlatpalasar yeniləşmiş qoşunları ilə Urartu qoşunlarına ciddi zərbə vurdu. E.ə. 735-ci ildə Assuriyanın təkrar hücumundan sonra Urartu dövləti yeni bir ciddi zərbə alaraq xeyli zəiflədi. Urartu dövlətinin belə zəifləməsindən, Assuriyanın başının isə digər məsələlərə qarışmasından Manna hakimləri bacarıqla istifadə edərək ölkənin müəyyən qədər dirçəlməsinə və inkişaf etməsinə nail oldular. Ölkəyə xaricdən gözlənilən təhlükənin qarşısının alınması üçün Manna hökmdarı getdikcə güclənməkdə olan Assuriya dövləti ilə də əlaqələr yaratmağa çalışırdı. Belə bir ittifaqın hər şeydən əvvəl Urartu əleyhinə yönəldiyini yaxşı başa düşən Urartu hakimləri güclənməkdə olan Mannanın zəiflədilməsi üçün Mannaya daxil olan vilayətləri mərkəzi hakimiyyətə qarşı itaətsizliyə təhrik etdilər. Urartunun belə təhriklərinin nəticəsində e.ə. 719-cu ildə Mannanın Şaundaxun və Durdukka vilayətləri Manna hakimlərinə qarşı üsyan qaldırdılar. Əgər Assuriyadan kömək gəlməsəydi ola bilsin ki, Manna hökmdarı bu qiyamçılarla bacara bilməyəcəkdi. Ancaq Mannaya hökmdarlıq edən İranzunun ölümündən sonra Manna dövlətinin inkişaf meylləri zəiflədi. Onun oğullarının hakimiyyət uğrunda mübarizəsi Mannanı xeyli dərəcədə qüvvədən saldı və yenidən iki dövlətin-Assuriya və Urartu dövlətlərinin nüfuz dairəsi uğrunda mübarizəsinin mərkəzinə çevrildi. Ötən illər ərzində Manna dövlətinin möhkəmlənməsinə Assuriya ittifaqı müəyyən təsir göstərmişdi. Bu ittifaq Assuriya üçün də xeyirli idi. Çünki Assuriya Mannanın Urartunun təsir dairəsi altına düşməsini istəmirdi. Urartu ilə Mannanın yaxınlaşması Assuriyanın özünə təhlükə yarada bilərdi.

Mannanın çiçəklənməsində və güclənməsində xüsusi rolu olan İranzunun ölümündən sonra (təxminən e.ə. 718-ci ildə) hakimiyyətə gələn oğlu Aza da atasının yolunu davam etdirərək Assuriya ilə ittifaqa sadiq qaldı. Lakin Azanın xarici siyasətində yenidən Assuriyaya arxalanması nə Urartu hakimi I Rusanı, nə də Manna daxilində I Rusanın təhrikinə qoşulanları qane edirdi. Buna görə də Mannanın Urartupərəst canişinlərinin iştirakı ilə Aza öldürüldü və onun yerinə qardaşı Ullusunu taxta çıxarıldı. O, qardaşının və atasının siyasətinin əksinə olaraq Urartu ilə müttəfiqliyə üstünlük verdi və öz siyasətini də Urartuya sarı istiqamətləndirdi. Ölkənin daxilində yaranmış mürəkkəb vəziyyətdən Urartu hakimləri istifadə etməyə çalışaraq Urmiya gölünün qərb və şimalındakı vilayətləri tutub Manna ərazilərinin içərilərinə doğru irəlilədilər. Öz hökmranlığını möhkəmləndirmək üçün Urartu hakimləri Manna ərazisində hərbi təsərrüfat bazaları yaratdılar. Urartunun Manna üzərində möhkəmlənməsinə çalışmasından narahat olan Assuriya çarı II Sarqon e.ə. 714-cü ildə Urmiyadan şərqə olan və Urartunun təhriki ilə Assuriyaya qarşı çıxan vilayətlərin üzərinə hücuma keçdi. Bu hücumun regionda qüvvələr nisbətini müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malik olduğunu başa düşən Urartu hökmdarı I Rusa da ciddi hazırlıq işləri görür və güclü düşməni məğlub etmək üçün hiylə işlətməyə cəhd göstərirdi. O, qərara gəlmişdi ki, şəxsən özü rəhbərlik etdiyi qoşunları ilə Assuriya qoşunlarının arxasına keçsin və qəfil zərbə ilə onları çaş-baş salsın. Lakin kəşfiyyatçıların köməyi ilə bu hiylədən vaxtında xəbər tutan II Sarqon müvafiq manevrlər edərək döşməni qarşıladı və onun bötön cəhdlərini boşa çıxardı. Uauş dağı ətəklərində baş verən bu döyüş Assuriya qoşunlarının tam qələbəsi ilə başa çatdı. Döyüş meydanından qaçan I Rusa bu ağır məğlubiyyətə dözməyərək intihar etdi.

Urartunun məğlubiyyətindən, görünür, çətin vəziyyətə düşən Manna hökmdarı Ullusunu yeganə çıxış yolunun Assuriya ilə ittifaqda olduğunu gördü. II Sarqon öz yazılı kitabələrində bu döyüşün nəticələri barədə belə məlumat verirdi: "Mannalı Ullusunu əlçatmaz dağlar arasında mənim gördüyüm işləri eşitdi, quş kimi uçub yanıma gəldi və mənim ayaqlarımı qucaqladı. Onun saysız-hesabsız günahlarından keçdim, etdiyi cinayətlərini unutdum, ona mərhəmət göstərdim və hökmdar taxtında oturtdum. Rusadan və Metattidən aldığım 22 qalanı və iki möhkəmləndirilmiş şəhəri ona bağışladım. Məzlum ölkəsini bərpa etdim. Mən özümün çar təsvirimi hazırladım, üzərində mənim hakimim Aşşurun qələbələri haqqında yazdım, onu gələcək günlər naminə onun (Ullusununun-red) çar şəhəri olan İzurtuda ucaltdım".

Sarqon daha sonra bildirirdi ki, qəzəbli düşmən pəncələrini mannalılar ölkəsindən uzaqlaşdırdım, onun hökmdarı olan Ullusununun ürəyinə yaxşılıq etdim. Mən Andiananın və Zikertunun insanlarını ölüm köpüyünə bürüdüm.

Urartunun ağır məğlubiyyətə uğramasından və Assuriya ilə ittifaq yaradılmasının faydalarından bacarıqla istifadə edən Manna hakimləri mövcud sərhədləri genişləndirərək Zikertu, Andiya, Gizilbunda, Uişdiş, Subi, Sanqibutu əyalətlərini geri qaytardı. Görünür ki, ərazilərini genişləndirməklə yanaşı Manna hakimləri dövlətin hərtərəfli inkişaf etməsi üçün də qətiyyətli addımlar atırdılar. Yoxsa, Assuriya ilə ittifaq yaradılandan bir neçə il sonra Manna bu dövlətin özünə də meydan oxuya bilməzdi. Elə bu inkişafın və güclənmənin nəticəsi idi ki, e.ə. 714-cü ildə Ullusunu Assuriyaya iki dəfə vergi vermişdisə, e.ə. 713-cü ildən sonra onun Assuriyaya vergi verməsi barədə yazılı mənbələrdə məlumat yoxdur. Hökmdar Ahşerinin dövründə Manna dövləti çiçəklənməkdə davam edirdi. Manna hakimləri artıq Assuriya çarlığının ərazilərinə də hücum etməkdən çəkinmirdilər. Heç şübhəsiz ki, iqtisadi və mədəni inkişafı ilə bərabər Manna dövlətinin qoşunları da inkişaf edərək güclənirdi və güclü qonşu dövlətlərlə vuruşmaq üçün bazaya, təcrübə və döyüş hazırlığına malik idi. Ancaq Mannanın bu çiçəklənməsi çox da uzun sürmədi. Çar Aşşurbanipalın hakimiyyəti illərində Assuriya yenidən gücləndi və əvvəlki nüfuzunu bərpa etmək üçün xarici siyasətində müəyyən dəyişikliklər etdi. Assuriya qoşunları güclənərək onun tabeliyindən çıxmış Manna üzərinə hücum etdi və e.ə. 660-cı illərdə onu məğlub etdi. Döyüşlə bağlı Aşşurbanipalın kitabələrindən birində deyilirdi: "/Beşinci yürüşdə/ mən mannalılar ölkəsinin hökmdarı/ Ahşerinin üzərinə yeridim. Ahşeri mənim yürüşümün irəlilədiyini /eşitdi/ və /öz qoşunlarını/ hiyləgərcəsinə gecə vaxtı göndərdi. O mənim qoşunlarımla vuruşmaq üçün ayağa qalxdı. Mənim döyüşçülərim onunla vuruşdu və onu məğlub etdi. Mən geniş düzənliyin 3 beru uzunluqda sahəsini onların meyidləri ilə doldurdum. Mənə ümid verən hakimlərim bütün Allahlar, Aşşur, Sin, Şamaşın hökmü ilə mən mannalılar ölkəsinə soxuldum, qalibiyyətlə keçdim və yürüşümün davamı olaraq Ayusiaş qalasını, Paşa/.../su, Busutu, Aşdiaş, Urkmiyamun, Uppiş, Sihua, Naziniri məntəqələrin-səkkiz möhkəmləndirilmiş şəhəri, saysız-hesabsız kiçik yaşayış məntəqələrini ələ keçirdim; İzurtunun özünə kimi gedib çıxdım, hamını dağıtdım, uçurdum, od qoydum. Mən bu şəhərlərdən adamları, atları, eşşəkləri, iri və xırda buynuzlu heyvan sürülərini çıxarıb əsir apardım".

Assuriyanın güclü qoşunları qarşısında davam gətirə bilməyəcəyini hiss edən Ahşeri ölkənin paytaxtı İzurtu şəhərini tərk etdi və müdafiə üçün möhkəmləndirilmiş olan Atrana şəhərinə qaçdı. Assuriya qoşunları isə Mannanı diz çökdürmək üçün ölkənin digər möhkəmləndirilmiş şəhərləri olan İzurtu, Urmeyate və Uzbianı da mühasirəyə alıb dağıtdılar. Bu üç şəhərin fəth edilməsi üçün cəmi 15 gün vaxt lazım gəldi. Assuriyalılar mannalıların vaxtilə qoparıb aldıqları Şurdira şəhərini də ələ keçirdilər və onu yenidən Assuriyanın tərkibinə qatdılar.

Bu məğlubiyyət Mannanı xeyli zəiflətdi və hakimiyyət başına gələn Ualli yenidən Assuriyanın vassallığını qəbul etməyə məcbur oldu. Bu dövlətin tarix səhnəsindən çıxması isə Midiya tayfalarının güclənməsi ilə bağlıdır. Onların Manna dövləti üzərinə hücumu Mannanın Midiyaya birləşdirilməsi ilə başa çatdı. Əslində midiyalılar bu hücum ərəfəsində Mannanın çətin vəziyyətdə olduğunu bildiklərindən fürsəti əldən vermədilər və uğur qazandılar. Çünki e.ə. 616-cı ildə Assuriya ilə Babilistan arasında baş verən müharibədə mannalılar müttəfiqləri olan assuriyalıların tərəfində döyüşə qoşuldular. Lakin Babilistan qoşunları bu döyüşdə qalib gələrək Assuriya və Manna qoşunlarının bir hissəsini məhv etdi, bir hissəsini də hər iki ölkənin sərkərdələri ilə birlikdə əsir götürdü. Midiyalılar da mannalıların bu zəifləməsindən istifadə edərək uğurlu bir hücum həyata keçirdilər. Bu döyüşün baş verdiyi tarix müxtəlif mənbələrdə müxtəlif cür göstərilir. Ancaq həmin tarixlərin hamısı e.ə. 616-610-cu illər arasındadır. Manna dövlətinin büsbütün süqut tarixi isə e.ə. 593-cü ildən sonraya aid edilir.

(Ardı var...)
Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Manna-dövləti  

İlk mərkəzləşmiş Azərbaycan dövlətinin hərbi siyasi tarixi - III YAZI

2019/07/e13fa-1562068339.jpg
Oxunub: 2312     16:44     02 İyul 2019    