DSX-nin hərbi hissələri arasında kinoloji yarışlar keçirilib

2019/06/15616-1561631562.jpg
Oxunub: 1452     14:14     27 İyun 2019    
Cari ilin 18-24 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin kinoloji yarışları keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, kinoloji yarışlara Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.

Kinoloji yarışlar üç müxtəlif istiqamətdə - narkotik vasitələrin axtarışı, partlayıcı maddələrin axtarışı və iz axtarışı üzrə keçirilib. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizə­sində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə­lərində narkotik vasitələrin, partlayıcı maddələrin axtarışı, döyüş bölgələrində mina axtarışı imkanlarını genişləndirmək, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olub.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması, həmcinin ərazidə basdırılmış mina və digər partlayıcı maddələrin axtarışı və tapılması üzrə tapşırıqlar yerinə yetirilib.

Azərbaycan sərhəd mühafizəsinin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində təşkil edilmiş kinoloji yarışların qalibi olmuş hərbi qulluqçular təltifləndirilib, qaliblərə kubok, diplom, «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanı və pul mükafatları təqdim olunub.

Yarışın yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Yarış  

DSX-nin hərbi hissələri arasında kinoloji yarışlar keçirilib

2019/06/15616-1561631562.jpg
Oxunub: 1453     14:14     27 İyun 2019    