Ordu.az xarici KİV-lərən istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi sədri general-mayor Aleksey Bakin deyib.
Onun sözlərinə görə, bazaya hücuma cəhd olunsa da xəsarət alan olmayıb.
“Rusiya Havadan Müdafiə Sistemləri PUA-ları müəyyən edərək vurublar. Hadisə nəticəsində yaralanan olmayıb”, - deyə Bakin bildirib.
Sevinc Əliyeva
Ordu.az