Erməni KİV-ləri: Ermənistanda enurez xəstəliyi olan çağırışçı ya meyit, ya da psixi xəstədir

2019/06/23423-1561536479.jpg
Oxunub: 769     17:54     26 İyun 2019    
“Ermənistan hökuməti enurezli çağırışçılara qarşı dəqiq yanaşma nümayiş etdirməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan orduda insan haqlarının pozulması və bunların qarşısının alınması mexanizmi mövzusunda keçirilən müzakirə zamanı deyib.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistanda enurez xəstəliyi daşıyıcılarının xidmət etdiyi bir neçə ayrı-ayrı hərbi hissələr var. Ermənistan hökuməti bu cür sağlamlıq problemi olan gənclərə qarşı dəqiq yanaşma nümayiş etdirməyib. 2013-cü ilədək belə gənclər hərbi xidmətə yararlı hesab olunurdu. 2013-cü ilin 8 aprel tarixində qanunvericilik dəyişdirildi və onları ordudan azad etdilər. Lakin 2018-ci il aprelin 12-də qəbul edilən hökumət qərarına əsasən, onlar hərbi xidmətə məhdudiyyətlə yararlı hesab olunmağa başladılar.

Belə xəstəliyi olan erməni hərbi qulluqçular üçün Sisian, Gümrü, Armavir şəhərlərində əlahiddə hərbi hissələr açılsa da, məişət və gigiyenik şərait təmin edilməyib. Qeyri-rəsmi məlumatlara görə, onlarla hərbi hissədə xəstə gənclər ümumi hərbi hissədə xidmət edir, lakin ayrıca yataq otağında yatırlar. Belə hal bu erməni çağırışçıların ləyaqətinə ciddi sınaq kimi dəyərləndirilməlidir.

Enurez xəstəliyinə yoluxmuş erməni çağırışçılar adi həyatda bu xəstəliyi uğurla gizlədə bilsə də, bu, hərbi hissədə qeyri-mümkün olur və onlar lağ hədəflərinə çevrilirlər. Belə hərbi qulluqçuların tez-tez xəstələndiyi qeyd olunur. Bu cür xəstəliyi olan erməni əsgərlərindən birinin valideyni qeyd edir ki, oğlu gecələr bu problemlə tez-tez üzləşir, səhər tezdən çimir, sıraya durur və donur.

O, qışda oğlunun daim hospitallarda olduğunu qeyd edir. Enurez xəstəliyi daşıyan gənclər üçün ayrıca hərbi hissələrdə xidmət etmək səmərəsizdir. Bu cür xəstəliyə yoluxmuş müddətli xidmət hərbi qulluqçularının hərbi hissədəki məşğuliyyəti təmizliyi qoruyub saxlamaqdan ibarətdir.

Qeyri-rəsmi məlumatlara əsasən, erməni ordusunda enurez xəstəliyi olan minədək hərbi qulluqçu var. Enurez xəstəliyi olan gənclərin hərbi xidmətə yararlı olması gələcəkdə onların simulyant, hərbi xidmətdən yayınmağa cəhd edən şəxs kimi dəyərləndirilməsinə səbəb ola bilər. Lakin simulyantlıqla heç bir əlaqəsi olmadığı halda həmin gəncin ya meyit, ya da psixi xəstə olduğunu bilmək də zəruridir.

Qeyd edək ki, hazırda Ermənistanda hərbi xidmətlə uyğun gəlməyən xəstəliklər siyahısına enurez xəstəliyini də daxil etmək niyyətindədirlər. KİV-lər məlumatı Ermənistan Müdafiə Nazirliyinin insan haqları mərkəzinin rəisi polkovnik-leytenant Alik Avetisyandan dəqiqləşdirməyə çalışıb.

O bildirib ki, məsələ müzakirə mərhələsindədir, bu barədə söhbətlər var, lakin hələlik dəqiq qərar yoxdur: “Hələlik hər hansı sənəd və ya bununla bağlı təşəbbüs mövcud deyil. Enurez xəstəliyi olan çağırış yaşındakı gənclərin sayı barədə Müdafiə Nazirliyi məlumat yaymır”.

Erməni KİV-ləri bildirir ki, enurez xəstəliyinə yoluxmuş müddətli xidmət hərbi qulluqçuların sayı barədə dəqiq məlumat verilməsi üçün fevral ayında Ermənistan Müdafiə Nazirliyinə müraciət edilsə də, bugünədək cavab verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni KİV-ləri: Ermənistanda enurez xəstəliyi olan çağırışçı ya meyit, ya da psixi xəstədir

2019/06/23423-1561536479.jpg
Oxunub: 770     17:54     26 İyun 2019    