Çinli general azərbaycanlı zabiti təltif etdi - FOTOLAR

2019/06/f6a68-1561532556.jpg
Oxunub: 1283     11:01     26 İyun 2019    
Pekin şəhərində Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.

Keçirilən forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.

Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikat ilə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Pekin   Müdafiə-Forumu  

Çinli general azərbaycanlı zabiti təltif etdi - FOTOLAR

2019/06/f6a68-1561532556.jpg
Oxunub: 1284     11:01     26 İyun 2019    