Tripoli ətrafında gedən döyüşlərdə həlak olanların sayı açıqlanıb

2019/06/thumb-1561527104.jpg
Oxunub: 655     19:30     26 İyun 2019    
Liviyanın Tripoli şəhəri ətrafında gedən döyüşlər nəticəsində 740 nəfərə yaxın insan ölüb, 4400-dən çox şəxs yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ölkə üzrə nümayəndəliyinin məlumatında deyilir.

Məlumata görə, daha əvvəl 691 nəfərin öldüyü və 4012-sinin isə yaralandığı məlum idi.

Qeyd edək ki, Şərqi Liviya milli ordusunun komandanı marşal Xəlifə Həftar aprelin 4-də öz qüvvələrinə Tripolini “terrorçulardan azad etmək” üçün hücum əmri verib. Tripolidəki hakimiyyətə loyal silahlı qruplaşmalar da öz növbəsində “Qəzəb vulkanı” adlı cavab əməliyyatına başlayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tripoli   Döyüşlər  

Tripoli ətrafında gedən döyüşlərdə həlak olanların sayı açıqlanıb

2019/06/thumb-1561527104.jpg
Oxunub: 656     19:30     26 İyun 2019    