Karapetyan istehsal edilən silah növləri haqqında: “Bu bizi qane etmir”

2019/06/163bd-1561460690.jpg
Oxunub: 720     16:02     25 İyun 2019    
“Ermənistanın müdafiə nazirliyinin hərbi sənaye sahəsinin səlahiyyətləri bu sahə ilə tam məşğul olacaq Yüksək texnologiyalar sənayesi nazirliyinə ötürülür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, “Mənim Adımım” fraksiyasının deputatı, Tiqran Karapetyan inqilabdan sonra hərbi sənayenin inkişafı sahəsinə yönəlmiş hansı addımların atılacağının nəzərdə tutulduğunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, layihələrə ayrılan vəsait baxımından hiss ediləcək dərəcədə artım olacaq.

“Hazırda əsas dəyişikliyin bundan ibarət olduğu qeyd edilir. Ermənistan hökumətinin bu məsələdə dəqiq mövqeyi var. Erməni şirkətlər müxtəlif beynəlxalq hərbi sərgilərdə, o cümlədən iyunun 26-da Moskvada keçiriləcək hərbi sənaye sərgilərində iştirak edirlər. Nazirlik xaricdə yeni bazarların aşkarlanması istiqamətində öz işini davam etdirir.

Hələlik keçid dövrü ilə əlaqədar müəyyən problemlər ortaya çıxır və həll edilməkdədir. Silahlanma ilə bağlı qərarların qəbul olunmasında kimin iştirak edəcəyinin də dəqiqləşdirilməsinə ehtiyac var”, - deyə o bildirib.

Jurnalistin “Hansı silahlar istehsal edilir? Bu, daxili bazarın tələblərinin ödənilməsinə kifayət edirmi və bazarda rəqabət apara biləcəkmi?” suallarını cavablandırarkən Karapetyan, sınaq mərhələsində olan və silahlanmaya qəbul edilən silah növlərinə malik olduqlarını vurğulayıb.

“Əlbəttə əldə edilənlərlə kifayətlənmək olmaz. Nə istehsal edildiyini açıqlaya bilməsəm də zirehli gödəkçələr və radioelektron mübarizə vasitələrini sadalaya bilərəm”, - deyə Karapetyan qeyd edib.

Qeyd edək ki, erməni deputat hərbi sənaye sahəsi ilə məşğuldur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   HSK  

Karapetyan istehsal edilən silah növləri haqqında: “Bu bizi qane etmir”

2019/06/163bd-1561460690.jpg
Oxunub: 721     16:02     25 İyun 2019    