Ermənistanda aprel döyüşləri işi üzrə günahsızlar təyin edilib – Günahkarlar da təyin ediləcəkmi?

2019/06/5765_-1561451399.jpg
Oxunub: 1079     16:37     25 İyun 2019    
Ermənistanda bir tərəfdən aprel hadisələrinin istintaqını həyata keçirəcək komissiya yaradılır, digər tərəfdən işdən uzaqlaşdırılan 2 nəfər sistemə qaytarılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

Nəşrə görə, işlər qaydasına düşməmiş və hələ hər hansı yekun rəy olmadan faktiki günahkar hesab edilən 2 nəfər sistemə qaytarılıb.

“Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyinin Rabitə idarəsinin rəisi Komitas Muradyanın sistemə qayıtması haqqında məlumat verilib.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, bir tərəfdən aprel hadisələrinin istintaqını həyata keçirəcək komissiya yaradılır, digər tərəfdən bununla yanaşı işlər qaydasına düşməmiş və hələ hər hansı yekun rəy olmadan faktiki günahkar hesab edilərək işdən uzaqlaşdırılan 2 nəfər sistemə qaytarılır.

Bu məqamda çoxları sual edir. Doğrudanmı, istintaq komissiyası işlərini sona çatdırmayıb, artıq günahsızlar “təyin edilib” və doğrudanmı, gələcəkdə əvvəlcədən nəzərdə tutulmuş adları qeyd edilənlər də daxil olmaqla “günahkarlar”ın təyin edilməyəcəyi bir vəziyyətlə qarşı-qarşıya qalıblar?”, - deyə nəşr yazıb.

Xatırladaq ki, Rabitə idarəsinin rəisi Komitas Muradyan və Kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan aprel döyüşlərindən sonra sistemdən uzaqlaşdırılıb. Daha sonra Karapetyan Baş nazir Nikol Paşinyanın müşaviri təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda aprel döyüşləri işi üzrə günahsızlar təyin edilib – Günahkarlar da təyin ediləcəkmi?

2019/06/5765_-1561451399.jpg
Oxunub: 1080     16:37     25 İyun 2019    