Böyük Bəhmənli uğrunda şəhid olmuş Daxili Qoşunların hərbi qulluqçularının xatirəsi anılıb - FOTOLAR

2019/06/65628-9368688528.jpg
Oxunub: 2196     11:33     25 İyun 2019    
Daxili işlər orqanlarının əməkdaşları öz cəsurluğu, qorxmazlığı ilə istər ictimai qaydanın və ictimai asayişin qorunmasında, istərsə də cinayətkarlığa qarşı mübarizədə, Vətən torpaqlarının müdafiəsində şanlı səhifələr yazıblar. Fədakarlıq və qəhrəmanlıqla zəngin irs bu gün də davam etdirilir və hər bir əməkdaş öz üzərində bu məsuliyyəti hiss edir. Gənc əməkdaşlara vətənpərvərlik hisslərinin təbliği və onların təlim-tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir.

Ordu.az-ın məlumatına görə, cəbhəboyu ərazidə yerləşən Cocuq Mərcanlı kəndində xidmət aparan polis əməkdaşları Cəbrayıl Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Aqil Qəhrəmanlının rəhbərliyi ilə 1993-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Daxili Qoşunların hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.

A.Qəhrəmanlı polis əməkdaşlarına sözügedən döyüşlə bağlı məlumat verib və bildirib ki, düşmən hücumunun qarşısını almaq və onu geri oturtmaq baxımından çox mühüm, qəhrəmanlıq nümunəsi sayılacaq bir döyüş baş verib. Çavuş Şahin Abbasovun komandiri olduğu manqa bu döyüşdə bir addım belə geri çəkilməyərək, düşmən tankı və piyadaları hücuma keçəndə səngəri tərk etməyərək hərb tariximizə qızıl hərflərlə yazılacaq bir mərdlik nümayiş etdirib.

Döyüş zamanı Daxili Qoşunların beş nəfər döyüşçüsü - manqa komandiri çavuş Şahin Abbasov, sıravilər - snayper Yalçın Qəhrəmanov, qumbaraatan Maqsud Daşdıyev, pulemyotçu Fərhad Yusifov və atıcı Siyavuş Rüstəmov son nəfəslərinədək qəhrəmanlıqla vuruşaraq əbədiyyətə qovuşublar. Şəhid döyüşçülər döyüşdə fərqləndiklərinə, şücaət və igidlik göstərdiklərinə görə “Azərbaycan bayrağı” ordeni ilə (ölümündən sonra) təltif ediliblər.

Tərəddüd etmədən Vətən torpağı uğrunda canından keçən, ölümün gözünə dik baxmağı bacaran igidlərin qanları bahasına qoruduqları torpaqda, daha dəqiq desək həlak olduqları səngərin başında 3 il sonra – 1996-cı ildə onların şərəfinə abidə ucaldılıb. Bu həm də onun isbatıdır ki, qəhrəmanlar unudulmur. Adlarını qanları ilə hərb tariximizin qəhrəmanlıq salnaməsinə yazan şəhidlərimizi hər kəsə tanıtmaq isə vətənpərvərlik borcumuzdur. Onlar bizim fəxrimiz, qan yaddaşımızdır. Gənc əməkdaşların təlim-tərbiyəsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması baxımından bu cür qəhrəmanlıq nümunələrinin tez-tez xatırlanması çox mühümdür. Hər bir kəs bilməlidir ki, bu gün Daxili işlər orqanlarının sıralarında dövləti, xalqı, vətəni uğrunda gözünü qırpmadan canını fəda edəcək oğullar çoxdur.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Daxili-Qoşunlar  

Böyük Bəhmənli uğrunda şəhid olmuş Daxili Qoşunların hərbi qulluqçularının xatirəsi anılıb - FOTOLAR

2019/06/65628-9368688528.jpg
Oxunub: 2197     11:33     25 İyun 2019    