Dilqəm və Şahbazın işi üzrə kommunikasiya mərhələsi yekunlaşıb

2018/02/567657_1518442325.jpg
Oxunub: 655     15:32     24 İyun 2019    
"Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir."

Ordu.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb: "Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dilqəm-Əsgərov   Şahbaz-Quliyev  

Dilqəm və Şahbazın işi üzrə kommunikasiya mərhələsi yekunlaşıb

2018/02/567657_1518442325.jpg
Oxunub: 656     15:32     24 İyun 2019    