Ermənistanda içkili komandir müavini hərbi qulluqçunu güllələdi

2019/06/80099-1561034815.jpg
Oxunub: 2596     17:51     20 İyun 2019    
Ermənistan ordusunda müqaviləli hərbi qulluqçu Hovhannes Melkonyanın ölümündə komandir müavini günahkardır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ilkin istintaq orqanının müqaviləli hərbi qulluqçu Hovhannes Melkonyanın ölümünə dair ilkin rəyi bu şəkildə qəbul olunub.

Bununla bağlı açılan cinayət işi artıq məhkəməyə göndərilib.

Müqaviləli hərbi qulluqçu Hovhannes Melkonyan 2018-ci il iyunun 22-də axşamçağı döyüş mövqeyində qarın nahiyyəsindən aldığı odlu silah yarasından ölüb.

İstintaq yolu ilə müəyyən edilib ki, hadisə günü hərbi hissənin motoatıcı taborunun bölük komandirinin müavini kapitan S.Karapetyan döyüş növbəsində post cavabdehi olduğu vaxt qohumu ilə bağlı əlamətdar günü qeyd etmək məqəsdilə spirtli içki qəbul edib.

İçkinin təsiri altında olan kapitan döyüş mövqeyinin silah saxlama yerindən avtomatını götürərək, yeməkxanaya yaxın ərazidə havaya atəş açıb. Bu hal bir neçə dəfə təkrarlanıb.

Daha sonra saat 22:50 radələrində kapitan yenidən eyni mövqedə olan müqaviləli hərbi qulluqçu Darbinyana təhkim edilmiş silahı götürərək nizamsız atəş etməyə başlayıb. Lakin bu dəfə açılan atəş nəticəsində güllələrdən biri müqaviləli hərbi qulluqçu Melkonyanın qarın nahiyyəsinə dəyib.

Komandir müavini tərəfindən ümumilikdə 75 atəş açılıb. Bildirilir ki, ağır nəticələrə səbəb olan döyüş növbətçiliyi qaydalarını pozduğuna və hərbi sursatı korlamasına görə, ona qarşı CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Cinayət işinin məhkəmə araşdırmasının Qeğarkunik vilayət məhkəməsində aparılacağı qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Güllələnmə  

Ermənistanda içkili komandir müavini hərbi qulluqçunu güllələdi

2019/06/80099-1561034815.jpg
Oxunub: 2597     17:51     20 İyun 2019    