"Paris Air Show 2019 Le Bourget": Dünyanın ən böyük aviasərgisində nələr nümayiş etdirilir? – EKSPERT (I Hissə)

2019/06/5ab41-1561009867.jpg
Oxunub: 1685     09:51     20 İyun 2019    
Aerokosmik və müdafiə bazarının həcmi ötən ilin proqnozu üzrə 8,1 trilyon dollardan 8,7 trilyon dollara qədər artıb. 2028-ci ilin sonuna qədər mülki hava vasitələrinə gözlənilən tələb 3,1 trilyon dollar səviyyəsində olacaq. Hərbi aviasiya və kosmik vasıtələr seqmenti isə növbəti onillikdə təxminən 2,5 trilyon dollar səviyyəsində qiymətləndirilir. Belə bir böyük həcmli bazara nəzarəti itirmək istəməyən ölkələr, bu seqmentin geniş çeşidli məhsullarının istehsalı ilə bərabər, onların təqdimatı üçün də kifayət qədər maliyyə sərf edirlər.

53-cü Paris Aviasalonu hər iki ildən bir Fransa paytaxtı yaxınlığında qlobal aviasiya sənayesinin öyünə biləcəyi ən yaxşı nümunələri bir araya gətirən geniş miqyaslı sərgidir. Sərgidə müdafiə, silahlanma, aviasiya və hava limanı avadanlıqları nümayiş etdirilir.

Bu sərgi ən qədim sərgilərdən biri hesab olunur və ilk dəfə 1908-ci ildən, aviasiyanın yaranmağa başladığı illərdən etibarən keçirilir. Planetdə bağlanan müqavilələrin və iştirakçıların sayına görə ən nüfuzlu aviasiya sərgiləri arasında birinci yerdədir. Son, "Le Bourget" forumunda 47 ölkədən 2000-dən çox şirkət öz məhsullarını təqdim etmişdi.

Paris aviasalonunda dünyanın aparıcı aviasiya şirkətləri - "Airbus" və "Boeing" kimi dünya nəhənglərindən tutmuş, Braziliyanın "Embraer" və ya Kanadanın "Bombardier" şirkətləri kimi regional liderlər təmsil edilir.

Bir çox milli pavilyondan əlavə dünyanın ən yaxşı pilotaj qruplarının ifasında bütün mümkün sinflərdən olan 130-150 təyyarə və helikopterlər ilə aviaşou da ziyarətçilərə təqdim edilir.

Paris Aviasalonunda "İsrail Aerospace Industries" (IAI) "Heron" ailəsindən yeni "T-Heron" taktiki pilotsuz hava sistemini təqdim edib. Döyüş meydanında taktiki vəzifələr üçün nəzərdə tutulan "T-Heron" sistemi quru qüvvələri, sahil mühafizə hissələri və digər güc strukturları tərəfindən istifadə ediləcək. Universal dizayna malik sistem, müxtəlif faydalı yüklərə uyğunlaşdırılıb və ən qabaqcıl IAI texnologiyası ilə təchiz olunub.

"T-Heron" taktiki pilotsuz hava sistemləri vasitəsilə IAI, döyüş sahəsindəki bütün qoşun növlərinə: dəniz, hava, quru və kəşfiyyat qüvvələrinə əməliyyat həllərinin spektrini genişləndirməyi təklif edir. IAI bununla yerli problemlərə davamlı həll yollarını təmin edən lider şirkət mövqeyini qorumağa çalışır.

İsrailin "Elbit Systems Ltd." müdafiə şirkəti Paris Beynəlxalq Aviasalonunun iştirakçılarına və qonaqlarına "Hermes 45" STUAS (Small Tactical Unmanned Aircraft System) adlı unikal taktiki PUA-sını təqdim etdi. Dünya şöhrətli şirkətin məhsulları ənənəvi olaraq "A-8" sərgi sahəsində yerləşdirilib.

İstehsalçı yeni aparatın havada 200 km məsafə qət edə biləcəyini və uzaqdan idarəetmə siqnallarının peyk kanalları vasitəsilə ötürüldüyünü bildirir.

"Hermes 45" bir çox digər sistemlərə də inteqrasiya edə bilər. Onun idarə olunması iki nəfərlik bir qrup tərəfindən həyata keçirilir.

İsraillilər 2019-cu ildə elektrik sərnişin təyyarəsinin sınaqlarını tamamlayıb onu da Paris Aviasalonunda təqdim ediblər.

"Alice" elektrik təyyarəsi 560 kilometrədək məsafəyə doqquz sərnişin daşıya bilir. "Alice" layihəsinə 2017-ci ildə başlanılıb və istehsalçının planlarına görə 2022-ci ildə şirkət ilk layneri tədarük edəcək.

Yeni təyyarə itələyici pərlərə malikdir və elektrik akumlyatorlu 3 ədəd mühərrik ilə çalışır. "Alice" elektrik təyyarəsi 12 metr uzunluğunda olacaq və doqquz sərnişin daşıya biləcək. Təyyarə 13,5 metr uzunluğunda qanadlara və V-şəklli quyruq pərlərinə də malik olacaq.

"Alice"in ümumi kütləsi 6,4 ton olacaq, bunun 3,2 tonunu tutumu 900 kilovat-saat olan batareyalar təşkil edəcək. İstehsalçı ilk elektrik təyyarələrinin saatda 480 kilometrdən çox sürətlə 560 kilometr məsafə qət edə biləcəyini ehtimal edirlər. Layihədə İsrail təyyarələri üçün elektrik mühərrikləri və enerji paylayıcı sistemlərini inkişaf etdirən Almaniyanın "Siemens" şirkəti də iştirak edir.

"İsrail Aerospace Industries Ltd." (IAI) şirkəti bu salonda ELM-2084 MMR (Multi-Mission Radar) çoxsensorlu radarını da təqdim edib. Yeni radar "Dəmir Qübbə" və "David Sapandı" sistemlərinin təchiz edildiyi radarların son versiyasıdır.

Bu RLS hava şəraiti barədə aktiv, passiv və vahid görüntünün yaradılmasına imkan verən yeni sensorlar ilə təchiz edilir. Yeni radar kiçikölçülü, yavaş sürətli, aşağıdan uçan və obyekt üzərində asılan hədəfləri də izləmək imkanı verir.

Bu yeni təhdid növləri son on ildə yaranıb. PUA-lar, dronlar və kvadrokopterlər, taktiki aviasiya silahları, qanadlı və ballistik raketlər kimi platformalar hava hücumundan və raket əleyhinə müdafiə sistemləri üçün yeni problemlər yaradıb. Bu isə yüksək dəqiqlik dərəcəsi, məlumatın işlənməsinin sürətli templəri və müşahidə sektorunun görünmə səviyyəsinin artması ilə müşayiət olunan sistemlərin yaradılmasına ehtiyac yaradır.

Paris Aviasalonunda nümayiş olunacaq radar uzun məsafəli hava hücumundan müdafiəni, hava məkanına etibarlı nəzarəti və atəşin idarəedilməsi imkanlarını təmin edir. Bundan əlavə, sistem təkmilləşdirilən təsnifatlandırma və identifikasiya üçün imkan yaradan sensorlar ilə də təchiz edilir.

Dünyanın ən böyük aviasiya və kosmik sərgilərindən biri olan 53-cü Paris Aviasalonunda hamını təəccübləndirən yeniliklərdən biri də Türkiyə Aerokosmik Şənaye şirkətinin təqdim etdiyi və Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hazırlanan Milli Döyüş Təyyarəsinin tamhəcmli modelinin təqdimatı oldu.

Hər biri 20 min kq*qüvvəyə malik iki mühərrikə sahib qırıcı, 55 min fut yüksəklikdə səs sürətindən iki dəfə artıq sürət toplaya bilir. Almaniyada istehsal edilən təyyarənin maketi iki ton boz rəngdə kamuflyaja malikdir. Milli Döyüş Təyyarəsinin Modelinin sərgiləndiyi sahə, hərbçilər başda olmaqla çox sayda ziyarətçinin diqqətini cəlb edib.

Dünyanın əksər aviaşirkətləri tərəfindən istifadə edilən "Boeing 787" təyyarərələrinin təxminən yarısının istifadə etdiyi "Rolls-Royce Trent 1000" mühərriklərinin son zamanlar nümayiş etdirdiyi nasazlıqlar şirkəti elə aviasalonun ilk günündə pis vəziyyətdə qoydu.

Nəticədə "Boenig" şirkəti "Le Burje" aviasalonunun ilk gününü, son illərdə ilk dəfə olaraq heç bir sifariş qəbul etmədən başa vurdu, səhəri gün isə "British Airways" və "Iberia" şirkətlərinin sifarişləri konserni nisbətən xilas edə bildi.

Paris aviasalonunun ilk günündə "Airbus" rəqibi "Boeing" korporasiyasını 13 mlrd dollarlıq müqavilələrlə üstələdi. "Airbus" ilk açılış günündə ABŞ-ın nəhəng "Air Lease Corporation" şirkəti ilə 100 ədəd yeni təyyarə tədarükü barədə müqavilə imzaladı. Onlardan 27 ədədi yeni A321XLR, 50 ədədi A220-300 və 23 ədədi A321neo modeli olacaq.

"British Airways", "Aer Lingus" və "Iberia" kimi aviaşirkətlərə sahib olan "International Airlines Group" (IAG) ingilis-ispan birgə şirkəti 2023-cü ildən 2027-ilədək 200 ədəd "Boeing", o cümlədən 737-8 və 737-10 modellərinin hər birindən 10 ədəd çatdırılmasını nəzərdə tutan niyyət məktubu imzalamaqla "Boeing" korporasiyasını quyudan çıxardı.

İkinci gün isə "Airbus" Filippinin "Cebu Air" şirkətindən 6,3 milyard dollarlıq, Səudiyyə Ərəbistanının "Suadi Arabian Airlines" şirkətindən isə 3,3 milyard dollarlıq sifariş əldə etdi. "Air Asia" şirkəti isə A320neo modelinə aid 253 ədədlik mövcud sifarişini daha böyük A321neo modelinə konvertasiya edib.

Sərgi hələ də davam edir və bir çox müqavilələrin imzalanması gözlənilir. Azərbaycan tərəfinin də maraqlı təklif və görüşləri haqqında məlumatlarımız mövcuddur. Onlarla Sizi daha ətraflı tanış edəcəyik.

NASA-nın Marsla bağlı, ABŞ və Avropanın 6-cı nəsil qırıcıları ilə əlaqəli maraqlı təqdimatları da gözlənilir.

Sərginin yekunları barədə əlavə məlumat veriləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paris-Air-Show   Sərgi  

"Paris Air Show 2019 Le Bourget": Dünyanın ən böyük aviasərgisində nələr nümayiş etdirilir? – EKSPERT (I Hissə)

2019/06/5ab41-1561009867.jpg
Oxunub: 1686     09:51     20 İyun 2019    