Məhkəmə Köçəryan, Ohanyan və Xaçatruovun ərizələrini rədd edib

2019/06/Rober-1560929746.jpg
Oxunub: 680     11:26     19 İyun 2019    
Ermənistan Apellyasiya Məhkəməsi Köçəryan, Ohanyan, Xaçaturovun vəkilləri və “1 Mart” işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin ərizələrini rədd edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi ikinci prezident Robert Köçəryan, Seyran Ohanyan, Yuri Xaçaturovun vəkilləri və “1 Mart” işi üzrə zərərçəkmişin nümayəndəsi Seda Safaryan tərəfindən məhkəməyə təqdim edilən rədd qərarı ərizəsi barədə hökm verib.

Bildirilir ki, məhkəmə imtina barədə ərizələri rədd edib.

Xatırladaq ki, mayın 18-də İrəvan məhkəməsi Köçəryanın həbs qətimkan tədbirini qondarma qurumun indiki və sabiq “rəhbərləri”nin şəxsi zaminliyi əsasında dəyişdirilməsinə qərar verib.

Daha sonra hakim Qriqoryan cinayət işinin icraatını dayandırıb və Ermənistan Konstitusiya məhkəməsinə göndərib. Ermənistan Baş prokurorluğu mayın 23-də İrəvan məhkəməsinin hakimi Davit Qriqoryan, Köçəryan və digərləri barədə verdiyi iki qərara qarşı şikayət ərizəsi verib.

“Datalex” informasiya sistemində yayımlanan ittiham məlumatına əsasən Köçəryan 1998-ci il aprelin 9-da, 2008-ci il aprelin 9-dək Ermənistan prezidenti vəzifəsini tutmaqla, Ermənistanın konstitusiya quruluşunu devirib.

Eyni zamanda öz rəsmi vəzifə mövqeyindən “Ti Es Es Si Armenia” MMC-nin yeganə iştirakçısı və direktoru Silva Hambartsumyanın xeyrinə əməliyyatlar aparılmasına yardım etmək üçün 2008-ci ilin fevral və may ayında Samvel Mayrapetyanın köməyi ilə ondan xüsusi ilə külli miqdarda 927 000 000 dram dəyərində olan 3 000 000 ABŞ dolları həcmində rüşvət alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Məhkəmə  

Məhkəmə Köçəryan, Ohanyan və Xaçatruovun ərizələrini rədd edib

2019/06/Rober-1560929746.jpg
Oxunub: 681     11:26     19 İyun 2019    