Erməni hərbi qulluqçunun yaralanmasına görə xidmət yoldaşı həbs edilib

2019/06/65197-1560865320.jpg
Oxunub: 709     16:48     18 İyun 2019    
Ermənistanda hərbi qulluqçunun yaralanmasına görə xidmət yoldaşı həbs edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019 cu il iyunun 15-də saat 11:45 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu sıravi H.Qalstyanın sol göz nahiyəsindən odlu silah yarası alması faktı üzrə 1-ci qarnizon istintaq şöbəsində cinayət işi açılıb və ilkin istintaq tədbirləri davam etdirilir.

Cinayət işinin ilkin istintaqı ərzində Ermənistan CM-nin müvafiq maddəsinə əsasən törətdiyi cinayət əməlində şübhəli bilinən, yaralanan H.Qalstyanın əsgər yoldaşı həbs edilib.

H.Qalstyan cinayət işi üzrə zərərçəkən kimi tanınıb. Hadisənin hərtərəfli araşdırılması üçün istintaq tədbirlərinin davam etdiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Erməni-hərbi-qulluqçu  

Erməni hərbi qulluqçunun yaralanmasına görə xidmət yoldaşı həbs edilib

2019/06/65197-1560865320.jpg
Oxunub: 710     16:48     18 İyun 2019    