Erməni hərbi ekspert: "Azərbaycan sözdən işə keçməyə hazırlaşır"

2019/06/90981-1560596319.jpg
Oxunub: 5405     14:41     15 İyun 2019    
"Azərbaycan müntəzəm şəkildə Qarabağ probleminin hərbi yolla həll olunmasından danışır və üzüyü yavaş-yavaş sıxır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün erməni hərbi ekspert Hayk Nahapetyan Naxçıvanda keçirilmiş Azərbaycan-Türkiyə hərbi təlimlərinə toxunarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən həyata keçirilən hərbi təlimlərin sayı 7-dən 13-ə qaldırılacaq.

"Hərbi təlimlərin kəmiyyətinin artırılması şəxsi heyətin döyüş vəziyyətinə daha hazırlıqlı olması və mənəvi-psixoloji ruhun yüksəldilməsinə gətirib çıxarır. Azərbaycanın hakimiyyət nümayəndələri tez-tez Türkiyə rəhbərliyi və NATO ölkələri ilə görüşlər təşkil edir, fəaliyyətlərini intensivləşdirir", - deyə Nahapetyan qeyd edib.

O iddia edib ki, bu kimi intensivliyin artırılması 2016-cı ilin fevral-mart aylarından etibarən başlayıb.

"Bundan sonra isə aprel hərbi əməliyyatları baş verdi. Deyəsən, Azərbaycan sözdən işə keçməyə hazırlaşır və geniş miqyaslı hərbi əməliyyatlara hazırlıq mərhələsi gedir", - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni hərbi ekspert: "Azərbaycan sözdən işə keçməyə hazırlaşır"

2019/06/90981-1560596319.jpg
Oxunub: 5406     14:41     15 İyun 2019    