G20 sammitində təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək

2019/06/14994-1560579951.jpg
Oxunub: 938     14:21     15 İyun 2019    
28-29 iyun tarixlərinə Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti zamanı 25 mindən artıq polis əməkdaşı təhlükəsizliyi təmin edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Osakaya artıq antiterror əməliyyatlarının keçirilməsi üzrə hazırlanmış xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Yaponiyanın bütün şəhərlərindən polis əməkdaşları cəlb edilib.

Bildirilir ki, polis əməkdaşları sammitinin obyektlərinin və liderlərin iqamətgahlarının təhlükəsizliyini qorumaqdan əlavə, həmçinin bağlı zonalara nəzarət edəcək və hərəkəti tənzimləyəcəklər.

Təşkilatçıların hesablamalarına görə, G20 sammiti zamanı nümayəndə heyətlərinin üzvləri və jurnalistlər də daxil olmaqla şəhərə təxminən 30 min insan gələcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: G-20   Təhlükəsizlik  

G20 sammitində təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək

2019/06/14994-1560579951.jpg
Oxunub: 939     14:21     15 İyun 2019    