“Geniş miqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi artır” – XARİCİ EKSPERTLƏR

2019/06/muhar-1560425502.jpg
Oxunub: 1304     15:59     13 İyun 2019    
“Danışıqlar masasında ciddi razılaşmalar olmadan cəbhədə sakitliyə nail olmağın mümükün olmaması verilən bəyanatlardan məlum olurdu”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri almaniyalı politoloq Uve Halbax cəhbədə baş verən hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, təmas xəttində hər iki tərəf əməliyyatlar həyata keçirir.

“Lakin bunun ictimailəşdirilməsi və mükafatlandırılması çox ehtimal ki, susdurucu xarakter daşıyır. Danışıqlar masasında ciddi razılaşmalar olmadan cəbhədə sakitliyə nail olmağın mümükün olmaması verilən bəyanatlardan məlum olurdu”, - deyə Halbax vurğulayıb.

Britaniyalı ekspert Neyl Makfarleyn isə qeyd edib ki, nazirlərin görüşündən əvvəl cəbhədə yaranmış bu gərginliyi azaltmaq həmsədrlərin işidir.

“Vəziyyətin nəzarətdən necə çıxdığı və necə idarə olunmaz hal almasının şahidi oluruq. Həmsədrlərin bölgəyə səfərinın ardınca baş verən bu gərginlik, cəbhə xəttində ölüm halları onu göstərir ki, mövcud danışıqlar gündəmi tərəflərdən birini qane etmir. Erməni tərəfinin qərarı görünməmiş bir hal idi, gərginliyin davam edəcəyindən ehtiyat etmək lazımdır. Buna görə də, hesab edirəm ki, həmsədrlər vəziyyəti ətraflı araşdırmalı və gərginliyin neytrallaşdırılması yollarını tapmalıdırlar. Bu vəziyyət tərəflərdən heç biri üçün əlverişli deyil. Ona görə ki, yenə də cəbhə xəttində geniş miqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi artır”, - deyə Makfarleyn bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Cəbhə  

“Geniş miqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi artır” – XARİCİ EKSPERTLƏR

2019/06/muhar-1560425502.jpg
Oxunub: 1305     15:59     13 İyun 2019    