MN-də ətraf mühitin mühafizəsinə dair konfrans keçirilib

2019/06/ee5cf-1560414901.jpg
Oxunub: 328     12:33     13 İyun 2019    
2019-cu tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzində Tibb Baş İdarəsinin Ekologiya və təbiəti mühafizə şöbəsi tərəfindən “Hərbi hissələrdə şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi və ətraf təbii mühitin mühafizəsi” mövzusunda konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, konfransda hərbi hissələrdə gündəlik fəaliyyət zamanı şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin və hərbi əmlakın ekstremal amillərdən qorunması, şəxsi heyətin sağlam ekoloji təmiz mühitdə xidmətinin və yaşayışının təmin olunması barədə müasir elmi-nəzəri və praktiki nəticələrə əsaslanan təqdimatlar və məruzələr dinlənilib.

Tədbirdə, həmçinin hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf mühitin mühafizəsi, Hərbi Dəniz Qüvvələrində Xəzər dənizi akvatoriyasında çirklənmənin qarşısının alınması və bioloji müxtəlifliyin qorunması, şəxsi heyətin təlim məşqləri və döyüş hazırlığı zamanı ətraf təbii mühitə dəyə biləcək ziyanın qismən azaldılması, işğal olunan ərazilərdə düşmən tərəfindən ətraf mühitə vurulan ziyanla bağlı müzakirələr aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Tədbir  

MN-də ətraf mühitin mühafizəsinə dair konfrans keçirilib

2019/06/ee5cf-1560414901.jpg
Oxunub: 331     12:33     13 İyun 2019    