"Ölkəni azad etmişəm ki, bu gün boynumu bükərək "borca çörək verə bilərsiniz" deyim?" - Keçmiş erməni döyüşçü

2019/06/62369-1560413931.jpg
Oxunub: 847     14:15     13 İyun 2019    
"Birinci qrup əliləm və bütün problemlərim həll olunmaz olaraq qalır. Mənə kömək etmirlər".

Ordu.az xəbər verir ki, bu sözləri keçmiş döyüşçü Harut Tovmasyan erməni KİV-lərinə açıqlamasında deyib.

Tovmasyan bildirib ki, Qarabağ müharibəsi iştirakçısıdır, 17 yaşında müharibəyə yollanıb, mina partlaması nəticəsində yaralanıb və nəticədə əlil olub.

"Tək qalmışam, poçta gedirəm, poçtalyonlar mənə gülürlər. Deyirlər ki, bəsdir hakimiyyətə məktub göndərdin", - deyə o şikayətlənib.

Birinci dərəcəli əlilliyi olan Tovmasyan, 90 min erməni dramı təqaüd alır, lakin bununla belə dərman preparatlarını ala bilmir. O, anası ilə Şenqavit yataqxanasında yaşayır.

"Hər gün məndə yeni bir xəstəlik ortaya çıxır. Bu xəstəliklərin müalicə edilməsi üçün kifayət qədər yüksək məbləğ tələb olunur, mənim isə buna imkanım çatmır. Aldığım təqaüd ilə yalnız kommunal xərcləri ödəyə və bir neçə dərman ala bilirəm. 10 il bundan əvvəl Müdafiə Nazirliyindən 1 otaqlı mənzil aldım, boşandım, evimi ailəmə verdim, özüm isə anam ilə birlikdə Şenqavit yataqxanasında yaşayıram",- deyə keçmiş erməni döyüşçü bildirib.

Tovmasyan qeyd edib ki, təxminən 7 ildir bankdan götürdüyü kreditlə digər banka olan borcunu bağlayır.

"Hər ay yeni kredit götürürəm. Mağazaya olan borclarım o qədər artıb ki, artıq acınacaqlı vəziyyətdəyəm. Nə qədər gözardı etmək olar. Vəziyyət belədir ki, mən nəqliyyatdan istifadə edə bilmirəm, xəstəxanaya hər dəfə taksi ilə gedirəm. Başqa vasitə ilə evdən kənara çıxa bilmirəm. Ölkəni azad etmişəm ki, bu gün boynumu bükərək "borca çörək verə bilərsiniz" deyim?", - deyə Tovmasyan etiraz edib.

O bildirib ki, hər ay bir çox xeyriyyə fondlarına, Ermənistan prezidenti Armen Sarkisyana və müvafiq orqanlara 5-10 ədəd məktub yazsa da, heç bir cavab verilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz  

"Ölkəni azad etmişəm ki, bu gün boynumu bükərək "borca çörək verə bilərsiniz" deyim?" - Keçmiş erməni döyüşçü

2019/06/62369-1560413931.jpg
Oxunub: 848     14:15     13 İyun 2019    