"Aprellə bağlı komissiyanın yaradılması prosesi siyasiləşdirməkdir" - Aşotyan

2019/06/Armen-1559978874.jpg
Oxunub: 469     10:00     13 İyun 2019    
"Bir il əvvəl öz əlləri ilə Paşinyanı və onun komandasını hakimiyyətə gətirən xalqa hər dəfə niyə sərmayələr gəlmir, ölkə niyə inkişaf etmir demək yersizdir. Bu gün hədəf məhkəmələr, dünən Abovyan şəhəri, bir neçə gün əvvəl İrəvan Dövlət Universiteti, aylar öncə isə erməni parlamenti olub".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini, erməni parlamentinin sabiq deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sabiq sədri Armen Aşotyan bildirib.

Aşotyan, aprel müharibəsinin detallarını araşdıracaq istintaq komissiyası ilə bağlı bildirib ki, bu təşəbbüsün məntiqini və mənasını başa düşmür.

O, bu komissiyanın fəaliyyətinin orduya yalnız ziyan vuracağını qeyd edib: "Bu, komandirlərin sonrakı fəaliyyətini iflic edəcək. Komissiya təsadüf prinsipi ilə yaradılıb. Ona görə də fraksiyaların bu komisisyanın tərkibinə verdiyi namizədlər təsadüf prinsip daşıyır. Nəticədə bu komissiya ixtisaslaşmış komissiya deyil".

Aşotyan, parlamentin siyasi orqan olduğunu və siyasi orqanın istintaq komissiyasının ixtisaslaşmış komissiya ola bilməyəcəyini vurğulayıb.

"İstintaq komissiyası yaratmadan belə hakimiyyətin istifadə edə biləcəyi Milli Təhlükəsizlik Xidməti, prokurorluq, polis kimi kifayət qədər vasitələri mövcuddur. Lakin istintaq komissiyasının yaradılmasında məqsəd prosesi siyasiləşdirməkdir. Bu, Nikol Paşinyanın əlində olan "kozır"lardan biridir", - deyə o əlavə edib.

Abovyan şəhər rəhbərinin seçkilərinə toxunarkən Aşotyan qeyd edib ki, heç bir ölkə rəhbərinin, o cümlədən Putin və Trampın öz namizədini dəstəkləməsi üçün hər hansı şəhərdə yürüşə gedə biləcəyini təsəvvür etmək çətindir.

"Bütün bu baş verənlərdən sonra seçicilərin öz namizədinə səs verməsi və bunun demokratik irəliləyiş hesab olunması ən azı şərəfli deyil. Xalqın hiss etdiyi ilə hakimiyyətin siyasi dəyərləndirmələri uyğun gəlmədikdə problem yaranır", - deyə Aşotyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Aşotyan   Paşinyan  

"Aprellə bağlı komissiyanın yaradılması prosesi siyasiləşdirməkdir" - Aşotyan

2019/06/Armen-1559978874.jpg
Oxunub: 472     10:00     13 İyun 2019    