Qarabağdakı mobil operator erməni əsgərlərin çıxılmaz vəziyyətindən istifadə edir

2019/06/ermen-1560340559.jpg
Oxunub: 907     15:53     12 İyun 2019    
“Qarabağ telekom” hər bir əsgərdən aylıq olaraq ən azı 3000 erməni dramı pul alır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğalçı orduda qulluq edən ermənistanlı əsgərlər yeganə mobil operator olan “Qarabağ telekom”dan istifadə edirlər.

Ermənistan şirkətləri xarici mobil opertorların rominq rejimindən istifadə edirlər. Yüksək tariflər istisna olmaqla, bu rejim gələn və gedən zənglər üçün əlavə ödəniş nəzərdə tutur. Yəni, erməni əsgərlər üçün “Qarabağ telekom”a praktiki alternativ yoxdur.

İşğal altında olan Qarabağda qulluq edən əsgərlərin yaxınlarının sözlərinə görə, “Qarabağ telekom” hər bir əsgərdən aylıq olaraq ən azı 3000 erməni dramı pul alır.

“10 gündən bir telefon üçün tələb olunan 1000 dram ödənilməlidir. Yəni, ödəniş etdikdən on gün sonra yenidən ödəniş etmək lazımdır. Bu plana uyğun olaraq, hər bir əsgərin ən azı aylıq 3000 dram pulu olmalıdır”,- deyə erməni hərbi qulluqçuların yaxınları bildirib.

Məlumata görə, “Qarabağ telekom”un şərtlərinə əsasən, 1000 dram ödəniş edilməsi halında kartın qüvvədə qalma müddəti on günlük artırılır. 500 dramlıq ödəniş 4 günlük (müqayisə üçün bildirək ki, Ermənistanda 500 dram bir aylıq qüvvədədir), 2000 dramlıq ödəniş isə 22 günlük qüvvədədir. Nə qədər ödəniş edilməsindən asılı olmayaraq, qeyd edilən vaxt başa çatdıqda kartın qüvvədə olma müddəti dondurulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ  

Qarabağdakı mobil operator erməni əsgərlərin çıxılmaz vəziyyətindən istifadə edir

2019/06/ermen-1560340559.jpg
Oxunub: 910     15:53     12 İyun 2019    