Gənc əsgərlər ekskursiyada olublar

2019/06/f1c45-1560331934.jpg
Oxunub: 411     17:40     12 İyun 2019    
Həyatın başaçılmaz qəribəlikləri, yaşantıların üzüdönüklüyü, insafın-mürvətin tükənməsi, atılan addımın məsuliyyətinin dərk edilməməsi bəzən illərlə bəzən də son nəfəsəcən qəhər yaradır.

Bu qəhər hansı səbəbdən olursa-olsun, ata-ana qayğısından məhrum olan uşaqların gündüzlər düşüncələrində, gecələr yuxularındadı.

Qohum-əqrəba nəvazişi də, dövlətin bu məqsədə xidmət edən müəssisəsinin əməkdaşlarının can yandırması da onların könül ağrılarını, qəlb sızıltılarını azalda bilmir; belə uşaqlar üzə vurmasalar da sızıltıları, ağrı-acıları hamıdan gizlin yaşayırlar...

Qəhər, dərd bölüşüləndə insan yüngülləşir...

Xalq şairi Bəxtiyar Vahabzadənin “Atılmışlar” poeması mənim də düşüncələrimi silkələmişdi. Yeganə təsəllini mən də yaşamışdım: atılmışlar dövlətin himayəsində yaşayır. Bu, kiminsə, kimlərinsə bağışlanmaz günahının yaşam istəyini sızlada bilmir...

Digərləri kimi, Vətənin hansı müqəddəslik mərtəbəsində yaşadılmalı olduğunu bu və ya digər səbəbdən dövlət himayəsində böyüyənlər də dərk edirlər. Digər həmyaşıdları kimi onlar da vətəndaş olaraq vaxtında Vətən borcunu yerinə yetirməyə çağırılırlar. Bu borc hərbi xidmətdir. Şəxsiyyət vəsiqəsi alana kimi tək olmadıqlarını, ictimaiyyətin onlara ehtiram göstərdiyini hiss ediblər. Onlar duyğusal münasibətlə hərbi xidmətə başlayanda da əhatələnirlər. Onlar da Hərbi and içəcəklər. Bu əlamətdar gündə onları təbrikə gələn əzizi olmayacaq. O ağrılı məqamı hərbi hissələrin komandanlığı duyğusallıqla qabaqlayır: bu və ya digər tədbir “Sizin hər biriniz hər birimiz üçün əzizsiniz. Biz yanınızdayıq!”, - kəlmələrini ruhən əvəzləyir.

“N” hərbi hissəsində də gənc əsgərlər haqqında müfəssəl məlumatlar öyrənilir. Bu, hərbi hissədə mənəvi-psixoloji hazırlıq prosesində olduqca gərəkli olur. Öyrənilənlər sistemləşdirilir. Valideyn himayəsindən məhrumluqla böyüyən gənc əsgərlər ayrıca qrup kimi qanun, konstitusiya həddində xüsusi qayğıya cəlb olunurlar; xüsusi qayğı onlara doğmalıq duyğuları aşılamaqdır.

Bu günlərdə “N” hərbi hissəsində xidmətə başlayan gənc əsgərlər Gəncə Mərkəzləşdirilmiş kitabxana sisteminin və hərbi hissənin birgə təşkilatçılığı ilə Göygölə və Maralgölə ekskursiyaya aparılıb. Leytenant Orxan Bayramovun rəhbərliyiylə həyata keçirilən ekskursiya gənc əsgərlərə gözəl könül xoşluğu yaşadıb. İlk baxışda adi görünən bu qeyri-adi tədbir bəşəri duyğuların yaşarlığının təsdiqi gücündədir. Bu tədbiri “qırıq könüllərin ziyarəti” bilmək suç deyil.

Mərkəzləşdirilmiş kitabxana sisteminin şöbə müdiri Elnarə Hüseynova vətəndaşlıq borcuna söykənən bu tədbirin doğmalıq duyğusunun gənc əsgərlərin həm də vətəndaş olaraq formalaşmasında olduqca əhəmiyyətli olduğunu qeyd etdi.

Mayor Fəxrəddin Əhmədov bu tədbirin gənc əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsiri olacağına əminliyini bildirdi.

Gənc əsgərlərdən Rafiq Hacıyev, Cəfər Seyfullayev bildirdilər ki, zamanında dövlətin himayəsində böyüyüblər. Dövlətin qayğısını heç zaman unutmayacaqlar. Bu tədbiri də hərbi hissənin komandanlığının timsalında dövlətin qayğısı bilirik.

...Təbiət bir-birini tamamlayan gözəlliklərini sevdirir, ürəyə yük olan qayğıları da, düşüncələrdən üzülməyən qəhəri də unutdurur. Gənc əsgərlər Göygölün, Maralgölün gözəlliklərini gözlərinə, gözlərindən ürəklərinə köçürüblər, şübhəsiz.

Mübariz Musayev, A.O
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-hissə   Mayor  

Gənc əsgərlər ekskursiyada olublar

2019/06/f1c45-1560331934.jpg
Oxunub: 412     17:40     12 İyun 2019    