“Paşinyan getdikcə Qorboçova oxşayır” - Bozoyan

2019/06/16876-1560328525.jpg
Oxunub: 676     14:57     12 İyun 2019    
“Paşinyan bu 1 il ərzində hiss ediləcək əsaslı dəyişikliklər edə bilmədi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Politekonomiya” tədqiqat institutunun siyasi şərhçisi Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Abovyan şəhər rəhbərinin seçkiləri hakimiyyətə siqnal olmalıdır.

“Abovyan şəhərindəki seçkilər göstərdi ki, Paşinyanın hakimiyyətinin nüfuzu hiss ediləcək dərəcədə aşağı düşüb. Əgər hakimiyyət bundan zəruri nəticələr çıxarmazsa, növbəti 6 ay ərzində vəziyyət daha da pis istiqamətə doğru dəyişəcək.

1 il öncə ölkə həyatında əsaslı dəyişikliklərə ümid edən ermənilər Paşinyana səs verdi. Lakin bu 1 il ərzində hiss ediləcək əsaslı dəyişikliklər baş vermədi”, - deyə Bozoyan bildirib.

O, Paşinyanın getdikcə Qorboçova oxşadığını qeyd edib: “Paşinyan getdikcə Sovet İttifaqının sonunda olduğu kimi Qorboçova oxşayır. Onun da sözləri, çox qəşəng olsa da, konkret işlər yox idi. Abovyan şəhər rəhbərinin seçkiləri hakimiyyət üçün siqnal olmalıdır. Paşinyanın komandası əvvəlki parlament seçkilərindəki 70% əvəzinə təqribən 40% səs toplayıb. Bu cür davam edərsə rəqəmlər sürətlə aşağı düşə bilər”, - deyə Bozonyan diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qorboçov  

“Paşinyan getdikcə Qorboçova oxşayır” - Bozoyan

2019/06/16876-1560328525.jpg
Oxunub: 677     14:57     12 İyun 2019    