PA-nın şöbə müdiri: "Tarixən Azərbaycan böyük güclərin döyüş meydanı olub"

2019/06/35f5c-1559375804.jpg
Oxunub: 453     11:23     12 İyun 2019    
"Azərbaycan bu paradiqmanı dəyişdi və biz Azərbaycanı böyük güclərin döyüş meydanından bazar əməliyyatları mərkəzinə çevirdik".

Ordu.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan yerləşdiyi çətin coğrafiyada qonşularını anlamağa çalışır və onların da Azərbaycan reallıqlarını anlamasını istəyir.

"Tarixən Azərbaycan böyük güclərin döyüş meydanı olub. Müstəqilliyi qurmaq çətin prosesdir, lakin bunu qorumaq və uğurla aparmaq başqa bir çağırışdır. Azərbaycan bu paradiqmanı dəyişdi və biz Azərbaycanı böyük güclərin döyüş meydanından bazar əməliyyatları mərkəzinə çevirdik. Azərbaycan qonşuları ilə effektiv əməkdaşlığa malikdir. Azərbaycanın qonşuları ilə münasibətlərdə rəhbər tutduğu əsas prinsiplər bir-birinin daxili işinə qarışmamaq, qarşılıqlı hörmət və qarşılıqlı fayda verən əməkdaşlıq qurmaq və strateji dialoqdur", - deyə H.Hacıyev bildirib.

O qeyd edib ki, kiçik bir ölkə olaraq xarici siyasətdə belə bir balans qurmaq o qədər də asan deyil: "Lakin Azərbaycanın çoxvektorlu xarici siyasətində ən yaxın qonşuları ilə əməkdaşlıq prioritetdir. Həmçinin Azərbaycan bu kontekstdə ABŞ-la yaxşı münasibətlər qurub. Biz etibarlı tərəfdaşıq. Bunu müstəqil, şəffaf və uzaqgörən xarici siyasətlə edirik. Biz heç kəsə yük deyilik. Qarşılıqlı fayda verən əməkdaşlıqdan başqa heç kəsdən heç nə istəmirik. Bu isə həm Azərbaycan xalqının, həm də bizim tərəfdaşlarımızın maraqlarına uyğundur. Buraya Cənub Qaz dəhlizi və ya Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri daxildir. Cənub-şimal və qərb-şərqi birləşdirən nəqliyyat xətləri regional əməkdaşlıq üçün imkanlar açır. Biz inanırıq ki, ən yaxşı rifah paylaşılan rifahdır. Azərbaycan öz inkişafını qonşuları ilə paylaşır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

PA-nın şöbə müdiri: "Tarixən Azərbaycan böyük güclərin döyüş meydanı olub"

2019/06/35f5c-1559375804.jpg
Oxunub: 454     11:23     12 İyun 2019    