Erməni KİV-ləri: Paşinyan müharibə elan edir?

2019/05/resiz-1558593026.jpg
Oxunub: 1051     15:22     13 İyun 2019    
“Vəziyyətdəki yeganə yenilik rəsmi İrəvanın ictimai şəkildə davranış tərzidir. Keçmişdə də cavab tədbirlərinin görülməsinə dair vədlər və təhdidlər olsa da, heç zaman faktiki olaraq məsuliyyətin, həm də ictimai şəkildə öz üzərinə götürülməsi halı olmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, ilk öncə mayın 30-da Azərbaycan tərəfi məlumat yayaraq bildirib ki, Ağdam istiqamətində erməni snayperinin açdığı atəş nəticəsində mayor rütbəli hərbi qulluqçu öldürülüb.

“Erməni tərəfi bunu həqiqəti əks etdirməyən yalan məlumat kimi dəyərləndirib. Ardınca iki gün sonra iyunun 1-də erməni tərəfi 19 yaşlı müddətli xidmət hərbi qulluqçusu Sipan Melkonyanın rəqib tərəfindən açılan atəş nəticəsində məhv edildiyini açıqlayıb.

Bu hadisələrin fonunda iyunun 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin sualına cavab olaraq, təmas xəttindəki gərginliyin yaxın vaxtlarda zəifləyəcəyinə ümid etdiyini bildirib. Buna baxmayaraq Azərbaycan Müdafiə Nazirliyi Tərtər istiqamətində erməni tərəfinin açdığı atəş nəticəsində yenidən itki verməsi barədə məlumat yayıb.

İstənilən halda əvvəllər belə hadisələr tez-tez baş verirdi. Xüsusilə prezidentlərin və ya Xarici İşlər nazirlərinin görüşündən əvvəl belə gərginliklərin baş verməsi adət halını alıb.

Lakin dünən Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsun Hovhannisyan məlumat yayaraq bildirib ki, Müdafiə naziri Davit Tonoyan rəqibin açdığı atəş nəticəsində ölən Sipan Melkonyanın qətlinin qisasını almaq üçün cəza tədbirlərinin yerinə yetirilməsində fərqlənən hərbi qulluqçuları yüksək mükafata layiq görüb. Faktiki olaraq erməni tərəfi bu addımla Azərbaycan ordusunun itkilərinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azərbycanın buna münasibəti özünü çox gözlətməyib. İlk növbədə bir neçə dəqiqə sonra XİN bəyanat yayaraq bildirdi ki, nazirlərin görüşündən əvvəl bu kimi fəaliyyətlər gərginliyi artıracaq.

Vəziyyətdəki yeganə yenilik rəsmi İrəvanın ictimai şəkildə davranış tərzidir. Keçmişdə də cavab tədbirlərinin görülməsinə dair vədlər və təhdidlər olsa da, heç zaman faktiki olaraq məsuliyyətin, həm də ictimai şəkildə öz üzərinə götürülməsi halı olmayıb.

Ölkənin Baş naziri gərginliyin azaldılmasına ümid etdiyini açıqlayır. Bundan 3 gün sonra İrəvan rəqibin itkilərini rəsmi olaraq öz üzərinə götürür. Belə bir vəziyyətdə baş verən faktı necə şərh etmək olar? İrəvan faktiki olaraq müharibə elan edir, baş verənlərin başqa bir izahı yoxdur.

Yaxud Paşinyan, ordunun ona tabe olmaqdan boyun qaçırdığına dair açıqlama verməyə məcburdur”, - deyə erməni KİV-ləri qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   İşğal   Qarabağ  

Erməni KİV-ləri: Paşinyan müharibə elan edir?

2019/05/resiz-1558593026.jpg
Oxunub: 1052     15:22     13 İyun 2019    