İlkin araşdırma, yoxsa əks araşdırma?| Ermənistanda hərbi qulluqçunun qətlini gizlədirlər

2019/06/top-6-1560257984.jpg
Oxunub: 1306     15:37     15 İyun 2019    
“Maraqlıdır, ilk atəşdən sonra özünü idarə edə bilməyən şəxs, ikinci dəfə özünə necə atəş aça bilərdi?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 20 yaşlı hərbi qulluqçu Artur Qasparyan 2018-ci il mayın 4-də gecə qeyri-müəyyən şəraitdə ölüb.

Onun cəsədi ön xəttə qazmanın yaxınlığındakı müşahidə mövqeyində aşkarlanıb. O, baş nahiyəsindən xəsarət alıb. 6-cı qarnizon istintaq şöbəsində özünə qəsd və ya intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. Lakin cinayət işində ittiham olunan tərəf yoxdur.

Rəsmi versiya mühakimələrə tab gətirmir. Məsələ o qədər gülməli tərtib edilib ki, onu hər hansı şəkildə təhlil etmək və ya araşdırmaq gülüncdür. Döyüş mövqeyində xidmət edən çavuş guya onu təhqir edib, Qasparyan isə buna tab gətirməyərək özünü öldürüb.

Hadisənin əsl baş vermə səbəblərini hüquq müdafiəçisi Ruben Martirosyan təhlil etməyə çalışıb.

O, zərərçəkən tərəfə verilən ekspertiza rəylərini nəzərdən keçirərək belə bir qərara gəlib ki, istintaq qrupu qətl hadisəsini intihar olaraq, təqdim etməyə cəhd etməklə rəsmi cinayətə yol verib.

“Birinci müəmmalı məsələ ondan ibarətdir ki, guya intihar edən şəxs 2 dəfə öz boğazına atəş açıb. Qasparyan boğaz nahiyəsinə açılan iki atəş nəticəsində ölüb və müstəntiqlərin iddiasına görə, bu atəşlər ona təhkim edilmiş pulemyotdan açılıb.

Hər iki güllə baş nahiyəsinə çıxıb. Pulemyotun qoruyucusu yoxlanılarkən, onun avtomatik yox, tək-tək atəş vəziyyətində olduğu müəyyən edilib. Yəni, tətiyi çəkirsən buraxırsan, yenə tətik çəkməlisən. Maraqlıdır, ilk atəşdən sonra özünü idarə edə bilməyən şəxs, ikinci dəfə necə atəş aça bilər? Belə çıxır ki, Qasparyan öz boğaz nahiyəsinə atəş açıqdan sonra ölmədiyini görüb və ikinci dəfə özünə eyni nahiyyədən atəş açıb. Ekspertizanın verdiyi rəyə görə, belə bir vəziyyət mümkün deyil”, - deyə erməni ekspert bildirib.

O qeyd edib ki, müstəntiqlər baş verən cinayəti gizlədərkən Qasparyanın 2 atəşlə öldürüldüyünü bilmirdilər, çünki güllə girişi bir, çıxışı isə iki boşluqdur.

“Tətik tək-tək atəş vəziyyətində olduğuna görə, güllənin də tək-tək atıldığı məlumdur. Müstəntiq belə bir axmaq rəydən öz canını qurtarmaq üçün iddia edib ki, hadisə baş verdikdən sonra hadisə yerinə gələn kimsə, qoruyucunun vəziyyətini dəyişmiş ola bilər.

Ölən hərbi qulluqçunun anasının bildirdiyinə görə, hadisə yerinə gələn və pulemyota əl vuran şəxsin kim olduğuna dair suallarını işin ilkin araşdırmasını həyata keçirən müstəntiqlər cavabsız qoyub. İkinci müəmmalı məsələ ondan ibarətdir ki, Qasparyanın barmaq izləri yoxdur.

İlkin istintaq orqanının rəyinə əsasən atəşin edildiyi silahda ölən hərbi qulluqçunun barmaq izləri yoxdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, ya barmaq izləri hadisədən sonra silinib, yaxud Qasparyan başqa silahdan açılan atəş nəticəsində öldürülüb. Bu məqamı da ilkin istintaq orqanı naməlum səbəblərdən gizlətməyə cəhd eedib. Qətlin döyüş növbətçiliyindən sonra Qasparyanın silahı olmadığı bir dövrdə baş verdiyi istisna edilmir.

Əgər onun yanında silah olsaydı, kiminsə onu öldürməsinə imkan verməzdi. Üçüncü müəmmalı məsələ ondan ibarətdir ki, müstəntiqlər zorakılıq əlamətlərinin izləri ilə maraqlanmayıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Qasparyanın əllərində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb. Bu onu göstərir ki, ölümündən öncə o zorakılığa məruz qalıb. Lakin müstəntiqlər bunu araşdırmayıb.

Dördüncü müəmmalı məsələ ondan ibarətdir ki, intihar məqamında bütün hərbçilər hadisə yerində olublar. Müstəntiqlərin rəyinə görə isə Qasparyan ölüm anında tək olub. Lakin bütün 6 hərbi qulluqçu orada olmadıqları və atəş səsi eşitmədikləri barədə şahidlik edib. Buna baxmayaraq, ekspertlər əsgərlərdən götürülmüş nümunələri yoxlayarkən, bütün əsgərlərin geyimindən mis metalı izləri aşkar ediblər. Bunların sayı elə halda olub ki, ekspertiza əsgərlərin hadisə yerində olmasına dair dəqiq rəy verə bilməyib.

Bütün faktlar onu göstərir ki, artıq bir ildir ki, Qasparyanın işi üzrə naməlum səbəblərdən qüsurlu istintaq aparılır. Belə bir təsəvvür yaranıb ki, bu cinayət işi qarnizon prokuroru, hərbi prokurorluq və istintaq komitəsinin nəzarətindən kənardır”, - deyə qətli təhlil etməyə çalışan Martirosyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

İlkin araşdırma, yoxsa əks araşdırma?| Ermənistanda hərbi qulluqçunun qətlini gizlədirlər

2019/06/top-6-1560257984.jpg
Oxunub: 1307     15:37     15 İyun 2019    