“Hraparak”: Sarkisyana qarşı 3 istiqamətdə istintaq həyata keçirilir

2019/06/30e11-1559979515.jpg
Oxunub: 2684     13:22     08 İyun 2019    
“Serj Sarksiyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər”.

Ordu.az xəbər verir ki, Ermənistan hakimiyyətinin daxili sorğuları hakimiyyət üçün bir o qədər də arzuedilən nəticələr göstərmir. Gündən-günə düşən reytinqi saxlamaq, yaxud qaldırmaq üçün Paşinyan geniş miqyaslı kadr dəyişiklikləri həyata keçirməyə hazırlaşır.

Bundan başqa digər tədbirlər də nəzərdən keçirilir. Son variant olaraq, Serj Sarksiyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər. Ermənistan hüquq mühafizə orqanlarının 3 istiqamətdə durmadan istintaq aparmasının səbəbi də bununla əlaqələndirilir.

Bu istintaqlardan biri “1 Mart” hadisələri ilə bağlı Sarkisyana qarşı olan ifadələr, digəri aprel döyüşləri və nəhayət üçüncüsü Meğri dəmir yolu cinayətinin araşdırmasıdır.

Bundan əlavə, əldə edilən məlumatlara görə inqilabın ikinci dalğasında Sarkisyana yaxın çevrə də istintaq araşdırmaları şousuna cəlb edilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Hraparak”: Sarkisyana qarşı 3 istiqamətdə istintaq həyata keçirilir

2019/06/30e11-1559979515.jpg
Oxunub: 2685     13:22     08 İyun 2019    