Atəşə tutulan ekskavator operatorları: “Düşmənin istənilən təxribatına baxmayaraq biz yenə də işimizə davam edirik” (MÜSAHİBƏ)

2019/06/60626-4679719338.jpg
Oxunub: 2853     15:20     07 İyun 2019    
Sərhədlərimizin etibarlı şəkildə mühafizə və müdafiəsini təşkil edən Dövlət Sərhəd Xidməti Qazax və Ağstafa rayonları ərazisində Müdafiə Nazirliyindən təhvil aldığı döyüş postlarını yenidən məntəqələr şəklində tikməyə davam edir. Düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən, sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan mülki şəxslər dəfələrlə düşmən hərbçiləri tərəfindən 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan, avtomatdan atəşə məruz qalıblar.

Ordu.az olaraq həmin şəxslərlə görüşdük və düşmənin törətdiyi təxribatlar, sərhədçilərimizin təhlükəsizlik tədbirləri və komandanlığın görülən işləri necə nəzarətdə saxladığını öyrəndik. Həmin şəxslərlə müsahibəmizi sizə təqdim edirik.

Düşmən təxribatı zamanı Qazax rayonunun Qazaxbəyli kənd sakini 30 yaşlı Anar Dünyamalıyevin idarə etdiyi texnikaya da ziyan dəyib. Hadisə zamanı Anar xoşbəxtlikdən xəsarət almayıb. Nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi isə sındıb.

- Salam Anar bəy. Əvvəlcə sizi tanıyaq.

- Salam, mən Dünyamalıyev Anar Vaqif oğlu 1989-cu ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşam. Hazırda da o kənddə yaşayıram.

- Anar bəy düşmənin törətdiyi təxribatdan danışın zəhmət olmasa…

- Dövlət Sərhəd Xidmətinin işlərini görürdük. Qazıntı işləri gedirdi, yeni məntəqələr üçün yerlər düzəldirdik. Həmin prosesdə atışma oldu. Mənim idarə etdiyim “Volvo” markalı texnika düşmən tərəfindən atəşə tutuldu. Özüm tez kabinədən düşdüm. Düşmən susduruldu və qısa zaman ərzində texnikam yenidən təmir edildi və mən işimi davam etdirdim. Hansı ki, yarımçıq qalan işlərimizi başa çatdırdıq. Çünki sərhədçilərimiz an etibarı ilə düşmənin atəş nöqtələrini susdurdular. Bu təxribatdan sonra düşmən hər postdan cəmi bir güllə ata bilirdi. Çünki ikinci gülləni atmağa bizimkilər aman vermirdilər.

- Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən qəbul edilib, təltif edilmisiniz. Təssüratlarınızı bölüşün zəhmət olmasa…

- General-polkovnik Elçin Quliyev şəxsən bizimlə görüş üçün Bakıdan olduğumuz yerə gəldi. Daha sonra yerdəki qərargahların birində bizimlə görüş keçirdi və bizi hərbi əməkdaşlığa görə medalı ilə təltif etdi. Çox sağ olsun, təşəkkür edirəm. Bu görüş və mükafatlandırma bizdə çox böyük ruh yüksəkliyi yaratdı. Mən bir ekskavator operatoru kimi həm də ehtiyatda olan əsgərəm. İnşallah ki, bax bu cür məntəqələri, yenidənqurma işlərini işğal altında olan torpaqlarımızda reallaşdıracam.

Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb. Bu hadisədə isə texnikanı idarə edən operator Zaur Yusifov olub. Hadisənin təfərrüatlarını Zaurdan soruşduq.

- Zaur bəy salam, sizi də yaxından tanıyaq…

- Mən,Yusifov Zaur Məmməd oğlu Qazax rayon sakiniyəm.

- Zaur bəy necə oldu ki, düşmən sizi atəşə tutdu?

- Düşmən dəfələrlə texnikamı atəşə tutdu. Çox olub… Axırıncı dəfə snayperlə atəş açdılar. Ekskavatorun ön şüşəsindən girdi, arxadan çıxdı. Şükür Allaha salamatçılıq oldu. Amma buna baxmayaraq mən yenə də işimi davam etdirdim. Çünki bu iş Vətən üçündür. Mənim üçün də öncə Vətəndir. Biz ora ölümü gözə alıb çıxmışıq. Birincisi ehtiyatı əldən vermirik. İkincisi də bizim sərhədçilərimiz var ki, düşməni nəzarətdə saxlayır. Onların bir gülləsinə ikiqat cavab verilir. Üçüncüsü də ki, bundan şərəfli nə var ki, Vətənin üçün, əsgərin üçün iş görəndə həlak olasan. Onsuz da bir gün öləcəyik. Mən də həmişə Allahdan şərəfli ölüm istəmişəm. Mən hələ ölmək istəmirəm. Ölməyəcəm də. Mənim hələ o gülləyə tuş gələn texnikamla görüləcək çox işim var. Bu işlərin ardı da işğaldan azad ediləcək torpaqlarımızda olacaq.

- Sizi də Dövlət Sərhəd Xidmətinin rəisi təltif edib… Həmin görüşdən təəssüratlarınızı bölüşərdiniz.

- Həmin gün bəlkə də həyatımın ən anlamlı günlərindən biri idi. Bilirsinizmi çoxlarının eləcə yan-yana durmaq istədiyi adam bizimlə çay süfrəsində əyləşdi. Hər sözünün əvvəlində də axırında da Sizə çox tə-şəkkür edirəm, minnətdaram deməyi hər dəfə gözümüzü yaşardırdı. Hələ üstəlik hərbi ilə əməkdaşlığa görə medalı ilə təltif edəndə bir anlıq düşündüm ki, bu layiq olduğumuzdan olduqca artıq qiymətdir. Biz onsuz da gördüyümüz iş üçün əmək haqqı alırıq. Amma bu diqqət, bu qayğı sözlə ifadə edilməyəcək qədər gözəl hisslərdir. Mən də öz adımızdan Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevə dərin təşəkkürümüzü bildirirəm. Demək istəyirəm ki, verdikləri tapşırıqları canımız bahasına olsa belə yerinə yetirəcəyik!

Dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərdə Hüseyn Şahverdiyev də iş zamanı düşmən atəşinə məruz qalıb. Onun idarə etdiyi texnikanın kabinə və strelası da gülləbaran edilib. Hüseyn də yoldaşları kimi, texnikasını işə yararlı vəziyyətə gətirib və qazıntını davam etdirib. Təfərrüatları özündən öyrənək…

- Salam, Hüseyn bəy. Sizi də tanıyaq.

- Mən Şahverdiyev Hüseyn Əliaslan oğlu, Yevlax rayon Balçılı kəndindənəm.

- Hüseyn bəy, siz hansı istiqamətdə atəşə məruz qaldınız?

- Mən hardasa 4-5 aydır işləyirəm orada…Demək olar ki, hər dəfə atəş açırlar. Elə yer olur ki, texnikanı məcburi göz qabağına çıxarırıq. Bu zaman da düşmən tərəfi atəş açır. Yoldaşlar da dedi sizə. Biz bütün bunlara baxmayaraq, bizə verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetiririk. Şükür Allaha bu gün də işimizi davam etdiririk. Bizə tapşırıq verən bizi qorumağı da bacarır! Sonundadək də işimizi görəcəyik !!!

- Siz necə, DSX rəisinin sizi təltif etməsini gözləyirdinizmi?

- Düzünü desəm gözləmirdim ki, bizi eləcə qəbul edə. Elə bilirdim ki, biz olmayanda gəlib baxacaq hadisə yerinə vəssalam. Çünki cənab general-polkovnik hər yerdə olduğu kimi, Qazax Sərhəd Dəstəsinin xidmətini və burada görülən işləri də xüsusi nəzarətdə saxlayır. Cənab general-polkovnik elə hadisə günü axşam üstü bizimlə hadisə baş verən məntəqədə görüşdü. Səhəri də bizi ayrıca qəbul etdi. Yenə deyirəm ki, gözlənilməz oldu bu görüş… Medal təqdim ediləndə isə həm sevincdən, həm həyəcandan nə deyəcəyimizi bilmirdik. Çünki biz nə etmişdik ki, əmək haqqı müqabilində işimizi görürük. DSX rəisi elə sözlər dedi ki, mən ondan sonra özümü hərbçi qardaşlarımdan ayırmadım. İnanın ki, işdə mən də hərbçi kimi hərəkət edirəm. Biz bu işi yarımçıq qoymayacağıq! Mən olmayacam başqası olacaq! Amma bu iş başa çatacaq!!!

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Atəşkəs   Təxribat  

Atəşə tutulan ekskavator operatorları: “Düşmənin istənilən təxribatına baxmayaraq biz yenə də işimizə davam edirik” (MÜSAHİBƏ)

2019/06/60626-4679719338.jpg
Oxunub: 2854     15:20     07 İyun 2019    