Ermənistanda aprel döyüşlərinin istintaqı üzrə komissiya yaradılıb

2019/06/ermen-1559368742.jpg
Oxunub: 1080     09:56     01 İyun 2019    
“2016-cı ilin aprel ayında başlayan hərbi əməliyyatların məqamlarını araşdırmaq məqsədilə istintaq komissiyası yaradılıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, istintaq komissiyasının səlahiyyətlərini Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyası yerinə yetirəcək.

“47 deputatın tələbi ilə parlamentin əsasnaməsinə əsasən 2016-cı ilin aprel ayında başlayan hərbi əməliyyatların məqamlarını araşdırmaq məqsədilə istintaq komissiyası yaradılıb”, - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, məhkəmə hüquq sistemində islahatların aparılmasına dair mayın 20-də çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan, aprel döyüşlərinin məqamlarını araşdırmaq üçün istintaq komissiyasının yaradılacağını bildirib.

Alpər Mövluoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri   Komissiya  

Ermənistanda aprel döyüşlərinin istintaqı üzrə komissiya yaradılıb

2019/06/ermen-1559368742.jpg
Oxunub: 1081     09:56     01 İyun 2019    