Ermənistanda hərbi qulluqçuların qulluğa qəbul edilməsi üçün son yaş həddi artırılır

2019/05/ermen-1559288018.jpg
Oxunub: 1045     11:32     31 May 2019    
Ermənistan parlamentində hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanunda dəyişiklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bəzi dəqiqləşdirmələr aparılacağına dair məlumat verilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan Ermənistan parlamentində müzakirə olunan hərbi qanunvericilik layihəsi çərçivəsində bəzi dəyişikliklər ediləcəyi barədə etdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, müqaviləli xidmət hərbi qulluqçularının xidmət müddəti barədə məlumatlarda dəqiqləşdirmələr aparılıb.

“Keçmişdə qüvvədə olan müqaviləli hərbi qulluqçuların hərbi xidmətə qəbul yaş həddi 36-dan 46 yaşa artırılmaqla bərpa edilir. Bu qanunla təklif olunur ki, hazırda qüvvədə olan “Şərəfim var” layihəsi çərçivəsində 3 illik xidmət müddəti 2 il xidmət müddətinə endirilsin. Orta peşə təhsil müəssisələrində oxuyan bütün vətəndaşlara təhsili başa vuranadək möhlət hüququnun verilməsi müzakirə edilir.

İki qardaş hərbi xidmətə çağırıldıqda eyni hərbi hissədə xidmətin təşkil edilməsini təmin etmək məqsədi ilə hərbi xidmətə çağırılan qardaşlardan birinin püşk atmağa cəlb edilməsi təklif olunur.

Müharibə dövründə ştatlara təhkim edilmiş vətəndaşların ştat üzrə nəzərdə tutulmuş öhdəlikləri üzrə cəlb edilməsi müddəti əvvəlki 3 ay əvəzinə 1 il müəyyən edilir.

Qanun layihəsi həmçinin döyüş əməliyyatlarında iştirak etmək statusunun verilməsi üzrə prosedur qaydaları da aydınlaşdırır”, - deyə Balayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Layihə  

Ermənistanda hərbi qulluqçuların qulluğa qəbul edilməsi üçün son yaş həddi artırılır

2019/05/ermen-1559288018.jpg
Oxunub: 1046     11:32     31 May 2019    