Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqın şimalında keçirilən “Pəncə” adlı hərbi əməliyyat barəsində danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyənin məqsədi terrorçulara ağır zərbə vurmaqdır.
“Biz bununla da həm də öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq. Türkiyə Silahlı Qüvvələri hazırda əməliyyat şəraitinə nəzarət edir”, - deyə Çavuşoğlu bildirib.
Sevinc Əliyeva
Ordu.az