“Oksford analitikis” Ermənistan üçün yüksək siyasi risk olan səviyyə müəyyən edib

2019/05/Oxfor-1559206643.jpg
Oxunub: 747     14:56     30 May 2019    
Britaniyanın “Oksford analitikis” analitik mərkəzi beynəlxalq təşkilatları və digər sərmayədarları, donorları Ermənistanda sərmayə yatırmağa, həmçinin digər maliyyə əməliyyatları həyata keçirməkdən yayınmağa çağırıb.

Ordu.az xəbər verir ki, Britaniyanın “Oksford analitikis” analitik mərkəzi 2018-ci il üzrə iqtisadiyyata siyasi risklərin təsiri reytinqini açıqlayıb.

Bu reytinq cədvəlinə görə, Ermənistanın iqtisadi inkişafında siyasi risklərin təsiri yüksək, sərmayə mühiti isə əlverişsiz olaraq qiymətləndirilib. Mərkəz hər bir rübdə 160 ölkə üzrə siyasi risklərin təsiri reytinqini açıqlayır. Bununla beynəlxalq təşkilatlar və sərmayədarlar real dəyərləndirmələr apara bilirlər.

“Bu reytinq göstəricilərinin əsasınında siyasi risklərlə bağlı gözlənilən maliyyə itkilərinin ən çox və ən az həddləri də müəyyən olunur. Hər bir reytinq gözlənilən itkilərin 5 riskinə qarşı iqtisadiyyatın 14 sahəsini əhatə edir. Dəyərləndirmələr sərmayədar təşkilatlara hansı təsirləri və hansı sahələrdə göstərə biləcəyini müəyyən etməyə kömək edir.

Bununla da, Ermənistan iqtisadiyyatına siyasi təsir riskləri yüksək, proqnozlar isə mənfi dəyərləndirilib. Britaniyanın “Oksford analitikis” analitik mərkəzi beynəlxalq təşkilatları və digər sərmayədarları, donorları Ermənistanda sərmayə yatırmağa, həmçinin digər maliyyə əməliyyatları həyata keçirməkdən yayınmağa çağırıb.

Ona görə ki, sərmayədarların böyük itkilərə məruz qalacaqlarına ehtimal böyükdür. Bunun miqyası müxtəlif siyasi amillərdən asılı ola bilər, - deyə hesabatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Oksford-analitikis   Ermənistan  

“Oksford analitikis” Ermənistan üçün yüksək siyasi risk olan səviyyə müəyyən edib

2019/05/Oxfor-1559206643.jpg
Oxunub: 748     14:56     30 May 2019    