Azərbaycanda hərb tarixini neçə mərhələyə bölmək olar? – EKSPERT

2019/05/768-1559205298.jpg
Oxunub: 1694     15:31     31 May 2019    
Ümumdünya hərb tarixinin tədqiqatçıları ümumən hərb tarixini dörd mərhələyə bölürlər: qədim dövrün hərb tarixi. feodalizm dövrünün hərb tarixi, kapitalizm dövrünün hərb tarixi və XX əsrdən başlanan hərb tarixi.

Bir çox sovet tədqiqatçıları XX əsrin oktyabr inqilabına qədərki dövrünü də kapitalizm mərhələsinə aid etsələr də sonuncu mərhələnin XX əsrin əvvəlindən götürülməsi daha düzgündür. Çünki XX əsrdə elmin, texnikanın yüksək inkişaf səviyyəsi hərb işinin maddi əsasında da ciddi keyfiyyət dəyişikliyi yaratmışdı və xarakter baxımından XX əsrin əvvəllərində hərb işinin səviyyəsi XIX əsrin hərb işinin səviyyəsindən xeyli fərqlənirdi.

Hərb tarixinin mərhələlərə bölünməsi onun inkişaf mənzərəsinin daha yaxşı öyrənilməsinə, hər mərhələnin öz inkişaf xüsusiyyətlərinin araşdırılmasına, bu inkişafı şərtləndirən amillərin tədqiqinə əlverişli zəmin yaradır.

Azərbaycanın hərb tarixi 31 də çox böyük inkişaf yolu keçib və heç şübhəsiz ki, müxtəlif dövrlərdə Azərbaycanın hərb işi forma və məzmun baxımından keyfiyyət dəyişikliklərinə məruz qalıb və xalqın ictimaitarixi inkişafına uyğun şəkildə özünü göstərib. Keçdiyi tarixi yolu daha ətraflı tədqiq etmək və öyrənmək üçün ümumdünya hərb tarixinin yuxarıda göstərilən bölgüsündən istifadə edilməsi mümkün olsa da onun eyni ilə Azərbaycanın hərb tarixinə tətbiq edilməsi düzgün olmazdı. Çünki Azərbaycanla hərb işinin daha çox inkişaf etdiyi Avropa ölkələrinin iqtisadi inkişaf səviyyəsi və bununla bağlı olaraq onun hərb işinin inkişaf səviyyəsi heç də həmişə eyni və ya yaxın vəziyyətdə deyildi. Ona görə də Azərbaycanın hərb tarixinin mərhələləri Azərbaycan xalqının tarixi inkişaf xüsusiyyətlərinə görə aparılmalıdır.

Azərbaycanın hərb tarixi də dörd mərhələyə bölünə bilər: qədim dövr, ilkin orta əsrlər, XV əsrdən Azərbaycanın Rusiyaya birləşdirilməsinə qədər və XX əsrdən başlanan dövr. Bu bölgüdə çox güman ki, yalnız üçüncü mərhələnin başlanğıc və qurtarma tarixi müəyyən mübahisə doğura bilər və heç şübhəsiz ki, gələcəkdə hərb tarixi geniş şəkildə öyrənildikcə bu məsələ də tam həllini tapacaq. Hər halda bu barədə bəzi qənaətləri bölüşmək maraqlı olardı.

Məlumdur ki, 1828-ci ildə Azərbaycan Rusiyaya birləşdirildikdən sonra Azərbaycanda müstəqil hərb işi yox idi. Az sayda azərbaycanlılar çar Rusiyasının ordusunda olsalar da şübhəsiz ki, bunun Azərbaycan xalqının tarixində müstəqil mərhələ kimi götürülməsi düzgün olmazdı. Üçüncü mərhələnin başlanğıcının XV əsrdən götürülməsinə gəlincə isə bu, müəyyən qənaətlərlə bağlıdır. Aydındır ki, hər bir mərhələ özündən əvvəlki mərhələdən hərb işinin daha yüksək keyfiyyət səviyyəsi ilə fərqlənir. Hərb işinin keyfiyyətcə yeni səviyyəyə qalxması isə cəmiyyətin özünün inkişafında ciddi irəliləyişlər olmadan mümkün deyil. Bu mənada XV əsr monqol-tatar və Teymurləng basqınlarından sonra Azərbaycan dövlətlərinin sürətli inkişafı, onun hərb işinin yenidən qurulması üçün başlanğıc nöqtəsi sayıla bilər. XV-XVI əsr həm 32 də hərb işində inqilab yaratmış olan odlu silaha keçid dövrüdür. Odlu silahın tətbiqi Azərbaycanda da hərb işinə yeni dəyişikliklər gətirib.

Azərbaycanda hərb işinin inkişafının sonuncu mərhələsini müəyyənləşdirən əlamətlər isə hərb işi üçün xarakterik olan ümumi tendensiyaların, hərbi təfəkkürün yeni səviyyəsidir. Nizami ordunun meydana gəlməsi, ordunun təchizatının və maddi-texniki bazasının əvvəlki mərhələlərdən fərqlənməsi, ordunun cəmiyyət və dövlət həyatındakı yeri, dövlət və xalqın hərb işindəki rolunun qabarıqlaşması hərb tarixinin yeni mərhələsinin xarakterik tərəfləridir. XX sonlarından isə Azərbaycanın hərb tarixinin yeni bir səhifəsi açılıb. Dövlət rəhbərliyinin hərb işinin inkişafını şərtləndirən tendensiyaları düzgün qiymətləndirməsi, onların reallaşdırılması üçün uyğun siyasət izləməsi Azərbaycanın maraqlarına xidmət edən hərbin inkişafına yeni bir zəmin yaradıb.

Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hərb-tarixi  

Azərbaycanda hərb tarixini neçə mərhələyə bölmək olar? – EKSPERT

2019/05/768-1559205298.jpg
Oxunub: 1695     15:31     31 May 2019    