“Ermənistanın apardığı siyasətdə təhlükə var” - Səməd Seyidov

2019/05/semed-1559204050.jpg
Oxunub: 955     12:09     30 May 2019    
“Bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətdə təhlükə var. Hazırkı Ermənistan rəhbərliyi özündə bir sıra xüsusiyyətləri ehtiva edir.

“Bu ölkədə hakimiyyətə gələn şəxs Dağlıq Qarabağın Ermənistan üçün yaratdığı problemlərin əsasında vəzifəyə gəlib. Korrupsiya, ölkənin dağıdılması, demoqrafik problemlər, iqtisadi baxımdan çökmələr - bunlar hamısı imkan yaratdı ki, Paşinyan bu məsələlərdən istifadə edərək hakimiyyətə gəlsin. Hakimiyyətə gələn insan bu ölkənin tarixində ilk dəfə Dağlıq Qarabağ klanına qarşı mübarizə apararaq vəzifəyə yüksəlib. İlk dəfə hakimiyyətdə olan şəxs Ermənistanda Dağlıq Qarabağ məsuliyyətindən qaçıb onu boynuna götürmək istəmir. Danışıqların formatının dəyişdirilməsi və digər istiqamətlərdə atdığı addımlar buna misaldır. Paşinyan çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən uzaqlaşaraq özünə müsbət dividend qazansın”, - deyə deputat bildirib.

O qeyd edib ki, sadalanan xüsusiyyətlərin heç biri bugünkü Ermənistan hakimiyyətinə heç bir şey qazandırmır. Ona görə də bu gün Ermənistan və bu ölkənin daxilindəki qüvvələr növbəti taktikanı seçirlər. Onlar bütün istiqamətlərdə məğlubiyyət görərək başqa bir müharibəyə - informasiya müharibəsinə əl atırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AŞ-PA   Dağlıq-Qarabağ  

“Ermənistanın apardığı siyasətdə təhlükə var” - Səməd Seyidov

2019/05/semed-1559204050.jpg
Oxunub: 956     12:09     30 May 2019    