Ermənistanda rəzalət: “19 il 10 ay hərbi xidmət keçən hərbi qulluqçuya təqaüd verilmir”

2019/05/76876-1559201560.jpg
Oxunub: 840     12:48     30 May 2019    
“19 il 10 ay hərbi xidmətdə olan, cinayət məsuliyyətinə görə 2 ayı çatmayan şəxsin həbs edilməməsinə baxmayaraq, o hərbi təqüddən məhrum edilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri partiyanı təmsil edən deputat Tiqran Urixanyan Ermənistan parlamentində keçirilən iclas zamanı “Çiçəklənən Ermənistan” partiyasının müəllifi olduğu “hərbi xidmət haqqında dəyişikliklər edilməsi” barədə qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə daxil edilməsi məsələsi müzakirə edilərkən deyib.

Onun sözlərinə görə, 20 ildən sonra hərbi qulluqçular təqaüd almalı olduqları halda, cinayət məsuliyyətinə cəlb olunaraq bəraət alan hərbi qulluqçular bu hüquqdan istifadə edə bilsə də, digərləri istifadə edə bilmir.

“Bu cinayət işlərindən irəli gələn tədbirlər nəticəsində, o cümlədən həbs tətbiq edildikdə hərbi qulluqçuların əmək stajı hesaba alınmır. Məsələn, 19 il 10 ay hərbi xidmətdə olan, cinayət məsuliyyətinə görə 2 ayı çatmayan şəxsin həbs edilməməsinə baxmayaraq, o hərbi təqüddən məhrum edilib. Həmin hərbi qulluqçunun hərbi təqaüd alması üçün cəmi 2 ay müddətinin çatmaması kimi faktlar mənfi haldır”, - deyə deputat Ermənistanda baş verən biabırçılığı diqqətə çatdırıb.

Ermənistanda hakim partiyanın nümayəndəsi isə qanun layihəsinin müzakirəsini təxirə salmağı və komissiyada nöqsanların aradan qaldırılmasını təklif edib. Nəticədə 38 lehinə, 63 əleyhinə olmaqla qanun layihəsi təxirə salınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Təqaüd   Etiraz  

Ermənistanda rəzalət: “19 il 10 ay hərbi xidmət keçən hərbi qulluqçuya təqaüd verilmir”

2019/05/76876-1559201560.jpg
Oxunub: 841     12:48     30 May 2019    