Paşinyan “cavabsız sevgi”nin qurbanı oldu: Putin Nikolu rədd etdi

2019/05/timth-1559200815.jpg
Oxunub: 2324     12:16     30 May 2019    
“Paşinyanın hakimiyyəti dövründə erməni-rus münasibətləri “cavabsız sevgi”yə bənzəyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətinin nümayəndə heyəti ilə birgə Nur-Sultan şəhərinə yola düşən jurnalistlər bildirib.

Erməni jurnalistlərin sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyət orqanları Ermənistanın yeni hakimiyyətini gözardına vurmaqda davam edirlər.

“Rusiya Federasiyasının hakimiyyət orqanları Ermənistanın yeni hakimiyyətini gözardına vurmaqda davam edirlər. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ali iqtisadi şurasının iclası başa çatıb. Nikol Paşinyan – Vladimir Putin ehtimal olunan ikitərəfli görüşü baş tutmayıb”, - deyə erməni KİV nümayəndələri bildirib.

Putin-Paşinyan ehtimal olunan görüşünün iflasa uğraması, erməni-rus münasibətlərində yüksək dozalı etimadsızlığın qalmaqda davam etdiyindən xəbər verir. Paşinyanın rus tərəfinin xoşuna gəlməsi üçün əlindən gələn hər şeyi etsə də, bütün səylər nəticəsiz olub.

Buna misal olaraq, Paşinyan öz prinsiplərinə zidd gedərək, KTMT-nin Baş katibi vəzifəsinə Belarus namizədi Stanislav Zası qəbul etdi və onun 2020-ci ildən təyinatını razılaşdırdı. Bir neçə ay öncə Paşinyan Ermənistan qanunlarını kobud pozaraq, Suriyaya hərbi birləşmə göndərdi. Suriyaya erməni hərbi birləşməsi hər hansı beynəlxalq müqavilə olmadan yalnız Rusiya tərəfi ilə şifahi əldə edilmiş razılaşma əsasında göndərilib.

Paşinyanın hakimiyyəti dövründə erməni-rus münasibətləri “cavabsız sevgi”yə bənzəyir. Erməni tərəfi unutmadan sevsə də, rus tərəfi bu sevgini görmür. Çox maraqlıdır, keçmiş hakimiyyətin ruslara qarşı bu qədər baş əyən siyasət yürütdüyü halda, müxalifətçi Paşinyan necə reaksiya verərdi?

Xatırladaq ki, həftələr öncə Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı bildirib ki, mayın 29-da Rusiya Federasiyasının prezidenti Putinlə görüşəcək.

Putin-Paşinyan görüşü haqqında aprelin 19-da Rusiya Federasiyasının şurasının spikeri Valentina Matviyenko da məlumat vermişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Putin   Nur-Sultan  

Paşinyan “cavabsız sevgi”nin qurbanı oldu: Putin Nikolu rədd etdi

2019/05/timth-1559200815.jpg
Oxunub: 2325     12:16     30 May 2019    