Ordu.az “168.am”a istinadən xəbər verir ki, Rusiyanın hüquq mühafizə orqanları Ermənistanın məhkəmə qərarlarının icrası komitəsinin sabiq rəisi Mihran Poğosyanı həbsdən azad edərək, onun üçün ev dustaqlığı qərarı verib.
Bu, Poğosyan haqqında siyasi sığınacaq qərarı verilənədək qüvvədə qalacaq. Maraqlıdır ki, bu, Paşinyanla Putin arasında ehtimal olunan görüşdən əvvəl baş vermiş və Ermənistan hakimiyyəti bunu hər yolla gizlətməyə çalışıb.
Xatırladaq ki, Ermənistanın xüsusi istintaq xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində Ermənistan məhkəmə aktlarının icrası komitəsinin sabiq rəhbəri, ofşor qalmaqalları ilə tanınan general Poğosyan haqqında CM-nin 2 maddəsi üzrə ittiham irəli sürülüb.
O, vəzifə səlahiyyətlərindən sui istifadə etmə, ələkeçirmə yolu ilə külli miqdarda əmlak mənimsəmə, vəzifə səlahiyyətlərindən istifadə etmə hallarında ittiham olunur. 2019-cu il aprelin 13-də Ermənistan xüsusi istintaq xidmətinin müstəntiqi tərəfindən İrəvan məhkəməsinə verilən vəsadət nəticəsində Poğosyana qarşı həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.
Alpər Mövludoğlu
Ordu.az