Ermənistan ordusunda itki, yaralanma, qəza və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/04/34534-1556603280.jpg
Oxunub: 2486     11:08     31 May 2019    
Ordu.az 2019-ci ilin mayın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, oğurluq və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

May ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, bunların da hamısı qəza nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 18 düşmən hərbçisi (8-i qəza, 5-i dava, 2-si güllələnmə, 1-i təxribata cəhd, 1-i ilan sancması, 1-i təlim zamanı) yaralanıb.

Bununla yanaşı, ən azı 2 fərarilik və 3 oğurluq faktı da aşklarlanıb.

2 may

Saat 14:30 radələrində İrəvan şəhərində "Mazda" markalı avtomobilin Vazgen Sarkisyan adına hərbi institutun qarşısında törətdiyi qəza nəticəsində universitet əməkdaşını vuraraq öldürdüyü bildirilir.

Belə ki, 24 yaşlı sürücü Samvel Kirakosyan idarə etdiyi avtomobillə törətdiyi qəza nəticəsində 54 yaşlı Laura Abrahamyanı vuraraq öldürüb.

Hadisə şahidləri, ölən qadının Vazgen Sarkisyan adına hərbi institutda işlədiyini qeyd ediblər.

*****

Ermənistanın Sünik vilayətində "Toyota Vitz" və "Kаmaz" markalı avtomobillərin toqquşması nəticəsində baş verən ağır yol qəzasında müqaviləli hərbi qulluqçulardan biri yerində, digəri xəstəxanada ölüb.

Hadisə, saat 23:40 radələrində Sünik vilayətinin İrəvan-Yerasx-Meğri İran İslam Respublikası dövlətlərarası magistral yolunda, Meğri şəhər sakini, 25 yaşlı Armen Aharonyanın idarə etdiyi "Toyota Vitz" markalı avtomobil və Sisyan şəhər sakini 33 yaşlı Narek Tatosyanın idarə etdiyi "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Hadisə yerindən erməni KİV-lərinin verdiyi məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq, dərəyə yuvarlanıb. Qəza nəticəsində Armen Aharonyan hadisə yerində, L. Aharonyan isə təxliyyə edildiyi Meğri şəhər xəstəxanasında ölüb.

Məlumata görə, ölənlər doğma qardaş olublar. Onların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin müqaviləli hərbi xidmət hərbi qulluqçuları olub.

4 may

Saat 16:05 radələrində işğal altında olan Qarabağın cənub şərq istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində müddətli xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü, Aqanik Qarniki Zoroqlyan, cəbhədə atəşkəsi pozmaqla təxribat törətməyə cəhd edərkən açılan odlu silah atəşi nəticəsində baş nahiyyəsindən yaralanıb.

6 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri-döyüş şəraitində xəsarət alanların sayı azalmır.

Eyni gündə 9-cu dağ atıcı alayın 2 əsgəri hərbi hospitala təxliyə olunub. Həkimlər vəziyyətlərinin ağır olduğunu bildiriblər.

Əsgərlərdən birinin atası qohumları ilə söhbətdə deyib ki, onun oğlunu ilan sancdığı, digər əsgərin isə döyüş postunda öz həmyerlisi tərəfindən güllələndiyi üçün hospitala yerləşdiriblər.

8 may

Saat 12:40 radələrində İrəvan-Meğri magistralının 123-cü km sektorunda Qarabağ ermənisi, 22 yaşlı Erik Hambartsumyanın idarə etdiyi, 97 AO 997 nömrəli VAZ 2121 markalı avtomobillə, Yeğeknadzor şəhər sakini, 23 yaşlı Arman Smbatyanın idarə etdiyi, 34 VՏ 145 nömrəli VAZ 2103 markalı avtomobil toqquşub.

Məlumata görə, qəza nəticəsində sürücülərdən A.Smbatyan, onun sərnişini, Yeğeknadzor sakini, 21 yaşlı Armen Xudoyan, VAZ 2121 avtomobilinin sərnişinləri, Qarabağ erməniləri, 49 yaşlı Levon Hambartsumyan və 47 yaşlı Areqa Hambartsumyan müxtəlif dərəcəli bədən xəsərətləri ilə Yeğeknadzor tibb mərkəzinə köçürülüblər.

Qeyd edək ki, sürücülərdən E. Hambartsumyan işğal altında olan Qarabağda qanunsuz olaraq formalaşdırılmış hərbi birləşmənin "N" saylı hərbi hissəsində qulluq edir.

12 may

Saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin müddətli xidmət hərbi qulluqçusu, məzuniyyətdə olan 19 yaşlı Qevork Sarkisyanı, Abaran şəhər sakini 39 yaşlı Karen Yeğiazaryan və onun qardaşı İrəvan şəhər sakini 41 yaşlı Hayk Yeğiazaryan “Qntunik” supermarketinə çağıraraq, onu oradan 5 milyon 400 min dram oğurlamasında ittiham edərək döyüblər.

Erməni ordusunun məzuniyyətdə olan hərbi qulluqçusu polisə bildirib ki, Yeğiazaryan qardaşları onu döyüb və tələb ediblər ki, yarım saat ərzində qeyd edilən məbləğdə pulu geri qaytarsın.

O, həmçinin Yeğiazaryan qardaşlarının polis daxil olmaqla, bu barədə heç kimə məlumat verməməsi barədə ona xəbərdarlıq etdiklərini, əks halda onun özünü mühakimə edəcəklərinə dair təhdid etdiklərini qeyd edib.

Məlumata görə, Karen Yeğiazaryan Abaran şəhər rəhbəridir.

14 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində silah-sursat oğurlayıb satma halları çoxalıb. Bu günlərdə silah anbarlarından birində yoxlama apararkən xeyli sayda hərbi əmlakın çatışmadığı ortaya çıxıb.

Düşmən tərəfindən işğal olunmuş Ağdərədə yaşayış məntəqəsində odlu silahla törədilən cinayət hadisəsi ilə bağlı istintaq aparılarkən prokurorluğun müstəntiqi maraqlı fakt aşkar edib.

Aydın olub ki, cinayətdə istifadə olunan silah yaxınlıqdakı hərbi hissəyə məxsusdur.

Qarnizon hərbi prokurorluğunun Karen adlı müstəntiqinin sözlərinə görə, bəzi əmlakın oğrulanması faktını ört-basdır etməyi bacarsa da, bir ədəd tapançanın və bir ədəd “Kalaşnikov” markalı avtomatın anbardan yoxa çıxması ilə bağlı əlavə cinayət işi açmağa məcbur olub.

*****

Saat 16:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim keçirdiyi sahədə qəza baş verib.

Məlumatlara görə, döyüş maşınlarının idarə edilməsi və ya istismarı qaydalarının pozulması nəticəsində “Ural-4310” markalı avtomobil aşıb.

Qəza nəticəsində Ermənistanın avtomobil heyətinin komandiri, Qafan hərbi komissarlığından çağırılmış, 1999-cu il təvəllüdlü, müddətli xidmət hərbi qulluqçusu, kiçik çavuş Ararat Simon Xeçumyan aldığı xəsarətlərdən ölüb.

15 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində mayın 15-də daha bir ağır cinayət hadisəsi qeydə alınıb.

İşğalçı Ermənistan ordusunun doqquzuncu motoatıcı alayının döyüş mövqeyində xidmət edən hərbi qulluqçu nizamnamədənkənar münasibətlər zəmnində xidmət yoldaşını güllələyib.

Mübahisə zamanı təhqirlərə tab gətirməyən Emil Karapetyan adlı hərbi qullluqçu odlu silahdan atəş açaraq xidmət yoldaşı Aron Nahapetyanı ağır yaralayıb. Yaralı erməni hərbçisi hərbi hospitala yerləşdirilib.

*****

İrəvanda Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" qəza törədib.

Saat 10:40 radələrində İrəvanda 59 yaşlı Robert Mheryan idarə etdiyi ՊՆ 2025 Տ dövlət qeydiyyat nişanlı, Müdafiə Nazirliyinə məxsus "Kamaz-5410" markalı yük avtomobili ilə reklam şüarı yerləşdirən avtomobilə çırpılaraq qəza törədib.

Reklam yerləşdirən mülki şəxs bir neçə metr yüksəklikdən yerə düşüb. O, xəstəxanaya təxliyyə edilib.

İlkin tibbi yardım alan "Kamaz" markalı avtomobil sürücüsünün xəstəxanaya getməkdən imtina etdiyi bildirilir.

16 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçuya məxsus avtomobilin qəzaya uğraması nəticəsində daha üç hərbçi qeyri-döyüş şəraitində xəsarət alıb.

İşğal altında olan Şuşa yaxınlığında “Mercedes” markalı avtomobil idarəetməni itirərək çaya aşıb.

Nəticədə altıncı dağ-atıcı alayının Qaqo Mailyan adlı zabitin onurğa sütunu, beşinci dağ-atıcı alayın Harut Arakelyan adlı hərbçinin çənə sümüyü sınıb, digər bir əsgər isə yüngül xəsarət alıb.

Hərbçilər Xankəndi xəstəxanasında təcili əməliyyat ediliblər. Həkimlər onurğası sınan zabitin ömürlük şikəst olacağını bildiriblər.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib. Nəticədə iki əsgər xəstəxanaya düşüb.

İşğalçı Ermənistan ordusunun altıncı dağ-atıcı alayının müqaviləli hərbi qulluqçuları Arman Şağoyan və Mostes Poğosyan arasında mübahisə baş verib.

Daha sonra dava edən əsgərlər ciddi bədən xəsarətləri alıblar. M.Poğosyan alayın tibb məntəqəsinə, burnu sınan A.Şağoyan isə hərbi hospitala təxliyə edilib.

Hadisə yerlibazlıq üstündə baş verib.

17 may

Ermənistan polisi mayın 15-də saat 10:50 radələrində İrəvan şəhərində 23 yaşlı M.Qevork adlı şəxsi saxlayıb.

Saxlanılan şəxs, hərbi qulluqçuların qarşılıqlı münasibət üzrə nizamnamə qaydalarının pozulması, onlar arasında tabeçilik münasibəti olmadığı halda, iki və ya daha çox şəxsə qarşı istehza, döymə, alçaltma və ya digər zorakılıq hərəkətləri törətməkdə ittiham olunur.

Qeyd edək ki, o, mayın 3-də polisin Gorus şöbəsi tərəfindən axtarışa verilmişdi.

*****

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Kotayk vilayət Hrazdan şəhər sakini A.Qor adlı şəxsin fiziki və pisixi sağlamlıq vəziyyətini əks etdirən saxta sənəd əldə etdiyi faktı üzə çıxıb.

Məlum olub ki, o, saxta yolla əldə etdiyi sənədi Ermənistan Mərkəzi Tibbi Komissiyaya təqdim edib və 2018-ci il iyulun 23-də hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən azad edilib.

A.Qor cari ilin mayın 17-də həbs edilib.

18 may

Ermənistanda 42 yaşlı sakin Müdafiə Nazirliyinin qarşısında özünü yandırmağa cəhd edib.

Məlumata görə, hadisə Ermənistan Müdafiə Nazirliyinin nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib. Belə ki, 42 yaşlı A. Mxitar üzərinə benzin törərək intihar etməyə cəhd edib. Hadisə yerinə gələn operativ qrup yanğını söndürüb.

Kotayk vilayətinin sakini, intihara səbəb kimi Ermənistan Müdafiə Nazirliyindən ona ayrılan müavinətlərin verilməməsini, həmçinin sosial problemlərinin olduğunu əsas gətirib.

19 may

Ermənistanın Armavir vilayətində “Mercedes” və QAZ-3110 avtomobilləri toqquşub.

Qeyd olunur ki, saat 19:30 radələrində Armavir-Karakert avtomobil yolunun 16 km hissəsində 19 SS 900 nömrəli “Mercedes” markalı avtomobil 34 RA 258 nömrəli QAZ-3110 markalı avtobillə toqquşub.

Baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq “Armavir” tibb mərkəzinə yerləşdirilib.

Müəyyən edilib ki, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edib.

20 may

Ermənistanda “Zinuj” hərbi verilişinin operatoru qəza keçirib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.

O, səhər tezdən şimşək çaxmasından Çarbax adlanan ərazidə trolleybusun yanmasını və sərnişinləri Hamberyants adına Aviasiya Universitetinin kursantlarının təxliyyə etdiyini qeyd edərkən, bugünədək rəsmi olaraq açıqlanmayan məlumatı etiraf edib.

Belə ki, Hovhannisyan, 3 gün bundan əvvəl də Vazgen Sarkisyan adına Hərbi Universitetinin zabitlərinin və tibb xidmətinin rəisinin "Zinuj" hərbi verilişinin operatorunun həyatını xilas etdiyini vurğulayıb.

*****

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərdən istifadə etməklə müddətli hərbi xidmətdən yayınma üzrə növbəti hal aşkarlanıb və həmin şəxs həbs edilib.

Araşdırma nəticəsində sənədlərin saxtalaşdırılması yolu ilə hərbi xidmətdən yayınan erməni hərbi qulluqçu ittiham olunan şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib və 2 ay müddətinə həbs olunub.

Qeyd edək ki, saxlanılan şəxs Dərəçiçək (Tsağkadzor) şəhərinin sabiq meri Qarun Mirzoyanın 19 yaşlı oğlu olub.

21 may

Ermənistanda “Ford” və Ermənistan Müdafiə Nazirliyinə məxsus QAZ-66 markalı avtomobillər toqquşub.

Qeyd olunur ki, mayın 21-də saat 12:40 radələrində Meğri-İrəvan avtomobil yolunun 82 km hissəsinin Qafan inzibati ərazisində 34 RO 666 nömrəli “Ford” markalı avtomobil və Müdafiə Nazirliyinə məxsus ՊՆ 8554 Շ nömrəli QAZ-66 markalı avtobillər toqquşub.

Hadisə nəticəsində 1 nəfər yerində ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq “Qafan” tibb mərkəzinə yerləşdirilib.

Məlum olunub ki, ölən şəxs “Ford”un sürücüsü, 23 yaşlı Artsvik Voskanyandır, yaralılardan 2 nəfər isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əməkdaşlarıdır.

24 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən əsgər Armen Sadoyan komandiri tərəfindən təzyiqlərə məruz qalıb.

O, müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçu izahatında bölüyün starşinası baş praporşik Artur Arşakyan tərəfindən tez-tez təhqir edildiyini və döyülərək bu vəziyyətə salındığını yazıb.

*****

Mayın 23-də saat 09:30 radələrində Ermənistanın Ararat vilayətində baş verən yol qəzasında yaralanmış 66 yaşlı Serjik Arzumanyan bir gün sonra müalicə aldığı tibb mərkəzində ölüb.

“Mercedes” marakalı avtomobili idarə edən 23 yaşlı Tadevos Nahapetyan, “Hyundai Azera” markalı avtomobili isə idarə edən Rusiya vətəndaşı 46 yaşlı Cəmaləddin Mutayev olub.

Qəza nəticəsində sürücü T. Nahapetyan və onun 1 nəfər sərnişini, həmçinin Rusiya vətəndaşı Mutayev və onun 2 nəfər sərnişini Ararat xəstəxanasına aparılıb.

Qeyd edək ki, erməni KİV-lərinin xəbərinə görə “Mercedes” marakalı avtomobilin sürücüsü 23 yaşlı Tadevos Nahapetyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir.

25 may

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə nəticəsində daha bir əsgər yaralanıb.

Mühəndis-istehkam bölüyünün çöl məşğələsi zamanı bölüyün əsgəri Q.Sağomonyan xəsarət alıb.

İlk olaraq yüngül xəsarət aldığı kimi sənədləşdirilən əsgər taborun tibb məntəqəsinə göndərilib. Sonradan Q.Sağomonyanın vəziyyəti ağırlaşdığı üçün komandanlıq onu hərbi hospitala təxliyə etməyə məcbur olub.

27 may

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

6-cı dağ-atıcı alayın əsgəri xidmət yoldaşına qarşı təhqiramiz və alçaldıcı ifadələr işlətdiyinə görə aralarında mübahisə baş verib.

Təhqirlərə dözməyən əsgər xidmət yoldaşı Artur Aruyana bədən xəsarətləri yetirməklə çənəsini sındırıb. A.Aruyan Xankəndidəki hərbi hospitala yerləşdirilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi əmlakın oğurlanaraq satılması ilə bağlı daha bir cinayət işi açılıb.

Zabit D.Avenasyanın təqdimatına əsasən hərbi hissədən benzin oğurlayaraq satan hərbi qulluqçu Yura Qasparyan barəsində cinayət işi başlanılıb.

İstintaqı aparan hərbi prokurorluğun müstəntiqi müəyyən məbləğ pul “hədiyyə” əvəzində Y.Qasparyanla razılaşaraq cəzanı yüngüləşdirmək məqsədilə cəmi 40 litr benzin oğurlandığını sənədləşdirib.

31 may

Ermənistan ordusunun zabiti 11 döyüş avtomobilindən benzin çəkərək onların yanacaq çəninə su töküb.

Məlumata görə, hüquq-mühafizə orqanları Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yoxlamalar həyata keçirərkən ortaya çıxıb ki, həmin hərbi hissənin zabiti 11 döyüş avtomobilindən benzin çəkib və onların yanacaq çəninə su töküb. Bundan başqa, məlum olub ki, bütün bunların nəticəsində 11 döyüş avtomobili texniki problemlərlə üzləşib və onların istismar edilməməsinə qərar verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı   Qəza  

Ermənistan ordusunda itki, yaralanma, qəza və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/04/34534-1556603280.jpg
Oxunub: 2487     11:08     31 May 2019    