“ABŞ təxribatçı addımlara qarşı kəskin cavab verəcək” - Bolton

2018/10/1-99-1540556741.jpg
Oxunub: 859     11:23     30 May 2019    
“ABŞ-a qarşı gözlənilən hər hansı hücuma görə, “Qüds Briqadası” məsuliyyət daşıyacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, təxribatçı addımlara qarşı kəskin cavab vermək üçün məsləhətləşmələr aparılır.

“ABŞ öz müttəfiqləri ilə İranın və ona bağlı silahlı qruplaşmaların planlaşdırdıqları təxribatçı addımlara qarşı kəskin cavab vermək üçün məsləhətləşmələr aparır. “Qüds Briqadası”nın komandanı Qasım Süleymani regionun bəzi ölkələrində fəaliyyət göstərən silahlılardan istifadə etməklə, ABŞ-a qarşı hücumlar təşkil etməyə çalışır.

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İranın nüvə silahı əldə etməsinin böyük təhlükə olacağına dair yekdil fikirdədir”, - deyə Bolton bildirib.

Xatırladaq ki, Con Bolton ötən gün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran  

“ABŞ təxribatçı addımlara qarşı kəskin cavab verəcək” - Bolton

2018/10/1-99-1540556741.jpg
Oxunub: 860     11:23     30 May 2019    