İraqda 14 İŞİD-çi məhv edilib

2019/05/turki-1559194269.jpg
Oxunub: 659     10:14     30 May 2019    
İraq ordusu ölkənin şimalında yerləşən Neynəva vilayətinin əl-Hədr rayonunda 14 İŞİD terrorçusunu məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, əməliyyat xüsusi təyinatlılar və beynəlxalq koalisiyanın havadan dəstəyi ilə birgə həyata keçirilib.

“Desant qüvvələrinin toqquşması zamanı İŞİD terrorçularının liderləri və kamikadzeləri olan 14 nəfər öldürülüb”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, əməliyyatın hədəfi Mosulun cənub-qərbində yerləşən əl-Hədr rayonunda İŞİD terrorçularının qərargahı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İŞİD   İraq-ordusu   Terror  

İraqda 14 İŞİD-çi məhv edilib

2019/05/turki-1559194269.jpg
Oxunub: 660     10:14     30 May 2019    