Hərbi hissədə aprel döyüşləri qazilərinin ad günü keçirilib – FOTOLAR

2019/05/61470-15591201660.jpg
Oxunub: 2994     13:12     29 May 2019    
Dünən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində, Respublika Günü, Hərbi Hissənin yaranması, Birinci Qarabağ savaşı və onun davamı olan aprel döyüşləri qazilərinin ad günü münasibətilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə çıxış edən hərbi birləşmə, briqada komandanlığından olan zabitlər, əsgərlərimizi və qazilərimizi Respublika Günü, hərbi hissənin yaranma günü və qazilərimizin doğum günü münasibəti ilə təbrik ediblər.

Qazilərimiz, zabitlərimiz və əsagərlərimiz fəxri fərmanlarla təltif edilib. Öz növbəsində “Legion” Hərbi Vətənpərvərlik Klubu hər zaman olduğu kimi, bu dəfə də Ordu və Respublika üçün əlamətdar günlərdən kənarda qalmayaraq, tədbirdə böyük heyətlə iştirak edib.

Bakıdan “N” saylı hərbi hissəyə yol alan “Legion” HVK-nın tərkibinə Bərdə Qarabağ veteranları, aprel savaşı döyüşçüləri, ictimaiyyət nümayəndələri, ehtiyatda olan zabitlər də qoşulublar. Hərbi hissədə doğum gününü qeyd edən “Legion” HVK-nın rəhbəri, ehtiyatda olan zabit-hərbi ekspert Abuzər Əbilov və Aprel döyüşləri qazisi Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Əhliyyət Mehtiyev yaradılan şərait üçün Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənova, birlik komandanı general-mayor Mayıs Bərxudarova, birlik və briqadanın bütün zabitlərinə öz təşəkkürlərini bildiriblər.

Çıxış edənlər hər zaman əlamətdar günlərini əsgərlərimizlə, Ordumuzla keçirəcəklərinə və Ali Baş Komandanın “İrəli” əmri ilə savaşa qatılacaqlarına söz veriblər. Bu əlamətdar günlərin şərəfinə bayram süfrəsində tortlar kəsilib və bu tortların ən böyüyünün Şuşa, Kəlbəcər və Laçında da kəsiləcəyinə söz verilib.

Sonda bir kəlmə deyildi: Hər Şey Vətən Üçün!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Tədbir   Legion  

Hərbi hissədə aprel döyüşləri qazilərinin ad günü keçirilib – FOTOLAR

2019/05/61470-15591201660.jpg
Oxunub: 2995     13:12     29 May 2019    