Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iki ölkənin şöbələrarası koordinasiya qərargahının birgə yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir:
"Biz ABŞ-dan və Avropa İttifaqından Suriyaya qarşı iqtisadi sanksiyaların dayandırılmasını tələb edirik. Belə məhdudlaşdırıcı tədbirlər Suriyadakı təcili humanitar və sosial-iqtisadi problemləri həll etməyə kömək etməyəcək".
Xatırladaq ki, may ayının əvvəlində ABŞ lideri Donald Tramp Suriyaya qarşı sanksiyalar tətbiq etmək üçün göstəriş vermişdi.
Mart ayında Suriya Prezidenti Bəşər Əsəd Suriyaya qarşı aparılan müharibənin əsasən iqtisadi sanksiyalar və blokadalar şəklində olduğunu söyləyib.
Sevinc Əliyeva
Ordu.az