“Sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər” - Markov

2019/01/serge-1548480640.jpg
Oxunub: 1852     12:14     29 May 2019    
“Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”.

Ordu.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir.

“O ərazilərdən azərbaycanlılar çıxarılıb. Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə baş verib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu qeyd olunub”, - deyə o qeyd edib.

Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir.

Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

“Sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər” - Markov

2019/01/serge-1548480640.jpg
Oxunub: 1853     12:14     29 May 2019    