Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, Konqresdə "Hərbi tibb və cərrahiyyə döyüş meydanında” bölməsində professor Kənan Yusif-zadə " Bir tibb müəssisəsinin idarə olunmasında hərbi və mülki təşkilatların optimal inteqrasiyası: Azərbaycan modeli” mövzusunda çıxış etmişdir. Çıxışda DSX hərbi hospitalının nümunəsində Respublikada hərbi və mülki tibbi təşkilatların qarşılıqlı fəaliyyəti, hərbi və mülki tibbi doktrinanın resurslarından səmərəli istifadə edilməsi, tibbi xidmətlərin göstərilməsi və idarə edilməsi təcrübəsi haqqında geniş məlumat verilib.
Konqres çərçivəsində Fransa, Almaniya, İsveçrə, ABŞ və digər ölkələrdən olan tibb mütəxəssisləri ilə maraqlı fikir mübadiləsi aparılmış, İsveçrənin kimyəvi və bioloji müdafiə üzrə Federal İnstitutuna və İsveçrə Silahlı Qüvvələrinin əczaçılıq mərkəzinə tanışlıq səfərləri edilib.
Ordu.az