Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbəti zamanı ASALA terror təşkilatının “Van” əməliyyatının rəhbəri Vazgen Sisilyan müharibənin bərpası haqqında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Paşinyanın sonuncu açıqlamalarına da toxunan Sisilyan qeyd edib ki, əgər xəyanətkarlıqla bağlı bir şey varsa, həmin şəxslərin adları açıqlanmalıdır.
Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin təsisçi komandiri Vova Vardanov isə keçirilən təlimlərin zirvə nöqtəsi olduğunu və Azərbaycan belə təlimləri tez-tez keçirdiyini qeyd edib: “Bu təlimlər çərçivəsində keçirilən fleşmob və sosial şəbəkələrdə yayılan “bizim növbəti dayanacığımız Şuşadır, bizi gözləyin” şüarı səsləndirilir. Bu təlim prosesinin zirvə nöqtəsidir və Azərbaycan belə təlimləri tez-tez keçirir. Erməni tərəfi də buna cavab olaraq iş aparmalıdır. Təlimlərin sayca çox olması, ssenarilərin müxtəlifliyi zəruridir”.
Paşinyanın xəyanətkarlıqlar barədə məlum bəyanatına gəldikdə isə Vartanov, belə olan halda cinayət işlərinin açılmalı olduğunu deyib.
Konfrans iştirakçıları siyasətə aid şərhlərdən yayınaraq qeyd ediblər ki, onların missiyası xarici təhlükəsizliyi təmin etməkdir.
Alpər Mövludoğlu
Ordu.az