Cəbhədə əsgərlərin asudə vaxtı necə keçir?| "Milli və dünya kinomotoqrafiyasından filmlər izləyirik"

2019/05/e79ec-1559114615.jpg
Oxunub: 1007     11:52     29 May 2019    
Düşmənlə təmas xəttində yerləşən bölmələrimizdə olduğumuz zaman komandirlərimizin şəxsi heyətin mədəni-asudə vaxtına xüsusi diqqət yetirdiyinin şahidi olduq. "N" hərbi hissəsində əsgərlərimizin asudə vaxtlarında Xocalı faciəsini özündə əks etdirən "Xoca" filmini izlədiklərini gördük. Qəlbimizi, ruhumuzu göynədən, insanlığa sığmayan bu hadisə uzun illərdir xalqımızın qan yaddaşına həkk olunub. Qarabağ müharibəsinə həsr olunan hər yeni bədii əsər sağalmayan yaralarımızı qopartmaqla kifayətlənmir, eyni zamanda, faciədə vəhşicəsinə öldürülənləri, əsir düşənləri, düşmənə əsir düşməsin deyə əlləri ilə körpəsini öldürən anaları xatırladır. Belə filmlər gənc nəslə tarixin ağrı-acılarını çatdırmaqda böyük rol oynayır.

Filmin nümayişindən sonra şəxsi heyətin asudə vaxtının bu cür səmərəli keçməsini təmin edən zabit Emin Əliyevlə həmsöhbət olduq. O bildirdi ki, əsgərlərimizin mədəni-asudə vaxtının maraqlı keçməsi əsas vəzifələrimizdən biridir. "Asudə vaxtda yaxşı istirahət edən əsgərlər, xidmətə daha böyük həvəslə yanaşırlar. Biz də çalışırıq ki, istirahətlə yanaşı, tariximizi, qəhrəmanlarımızı təbliğ etməklə onların biliklərini artıraq. Ermənilərin törətdikləri vəhşilikləri gənclərimizə çatdırmağı özümə mənəvi borc bilirəm. Belə filmlər həm gənclərimizin vətənpərvərlik hissinin güclənməsində, vətənpərvər ruhda tərbiyəsində, həm də milli yaddaşın formalaşmasında böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, şəxsi heyət insanlığa sığmayan vəhşilikləri törədən düşmənin bu gün qorxu içində olduğunu bilməlidir. Fitnəkar düşmən gündən-günə güclənən Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyəcəklərini yaxşı bilir. Aprel döyüşləri və Günnüt zəfəri bunu bədxah qonşularımıza bir daha xatırlatdı".

“Hərbi xidmətə başladığımız andan komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq", - deyə əsgər Dəyanət Ağayev söhbətə başladı. - Günün nizam qaydasına uyğun olaraq dərslər keçirilir. Atəş, mühəndis, sıra, taktiki hazırlıq və digər məşğələlərdə biliklərimizi artırırıq. Nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərimizi də təkmilləşdiririk. Asudə vaxtımızda isə mütaliə edirik, milli və dünya kinomotoqrafiyasından filmlər izləyirik. Gördüyünüz kimi, bu gün Xocalı faciəsinə həsr edilən "Xoca" filmini izlədik. Filmə baxdıqca illər öncə baş verən vəhşilikləri bir daha yaşayırsan. Düşməni törətdikləri vəhşiliklərə görə peşman etmək hissi daha da güclənir. Həmişə olduğu kimi, bundan sonra da xidmətimizi elə quracağıq ki, döyüş əmri veriləcək gün işğal altında olan torpaqlarımızı azad etməyə hazır olaq. Həmin günü səbirsizliklə gözləyirik.

""Xoca" filminə demək olar ki, bir neçə dəfə baxmışam. Çox təsirli filmdir. Filmdə erməni faşizmi bütün çirkin siması ilə əks etdirilib. Xocalı faciəsi tariximizin ən qanlı səhifələrindən biridir. Həmin dövrdə kifayət qədər güclü və mərkəzləşdirilmiş idarəetmə sistemi olmayan ordumuzun olduğu aydın görünür. Filmə baxdıqdan sonra ordumuzun indiki vəziyyəti qürur doğurur. Yaxşı ki, dövlətimizi, xalqımızı qoruya biləcək güclü ordumuz var. Biz də bu ordunun əsgəri olaraq, hər an torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirik. Bunun üçün mütəmadi olaraq bilik və bacarıqlarımızı artırırıq. Komandirlərimiz döyüş meydanında nailiyyətlər əldə etməyimiz üçün əllərindən gələni əsirgəmirlər. Onlar düşmənə qarşı mübarizədə amansız olmağı, yoldaşlarımızı döyüş meydanında tək qoymamağı öyrədirlər", - deyə əsgər Elvin Abbaslı bildirdi.

Həmsöhbət olduğumuz bölmənin digər əsgərləri asudə vaxtlarında bölmələr arası müxtəlif növ yarışların da təşkil olunduğunu dedilər. Bu da şəxsi heyətin xidmətinin həm səmərəli, həm də maraqlı keçməsini təmin edir. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Şəxsi-heyət  

Cəbhədə əsgərlərin asudə vaxtı necə keçir?| "Milli və dünya kinomotoqrafiyasından filmlər izləyirik"

2019/05/e79ec-1559114615.jpg
Oxunub: 1008     11:52     29 May 2019    