Abrahamyan etiraf etdi: “Azərbaycan cəbhə xəttində hərbi texnika baxımından kifayət qədər təchizatlıdır”

2019/05/97536-1556960947.jpg
Oxunub: 3397     11:16     29 May 2019    
“Əgər həmin qüvvələr bunu müharibənin bərpasını nəzərə alaraq bəyan edirlərsə, o zaman döyüşlərin nəticələri barədə də ictimaiyyətə açıqlama versələr daha yaxşı olardı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri işğal altında olan Qarabağdakı qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəbhə xəttində hərbi texnika baxımından kifayət qədər təchizatlıdır.

“Cəbhə boyu yerləşən hərbi bazalar komplektləşdirilir”, - deyə o bildirib.

Abrahamyan, “Sasna Tsrer” partiyasının işğal altında olan Qarabağı Ermənistana birləşdirmək prosesinə başlanılması haqqında bəyanatına münasibət bildirərkən bu məsələnin bir neçə səviyyəli dərinliyə malik olduğunu qeyd edib.

“Bunu təklif edən qüvvələr baş verə biləcək təhdidləri və müharibənin bərpası ehtimalını nəzərə almayıblar. Əgər həmin qüvvələr bunu müharibənin bərpasını nəzərə alaraq bəyan edirlərsə, o zaman döyüşlərin nəticələri barədə də ictimaiyyətə açıqlama versələr daha yaxşı olardı”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Abrahamyan etiraf etdi: “Azərbaycan cəbhə xəttində hərbi texnika baxımından kifayət qədər təchizatlıdır”

2019/05/97536-1556960947.jpg
Oxunub: 3398     11:16     29 May 2019    