“Joğovurd”: Rusiya Ermənistanın nüfuzuna zərbə vurur

2019/05/00-14-1559037038.jpg
Oxunub: 1178     21:49     28 May 2019    
“Əgər Rusiya Poğosyana siyasi sığınacaq versə, bu o deməkdir ki, Rusiya Ermənistanda demokratiyanın olmadığını, siyasi təqiblərin davam etdiyini qəbul edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşrində məqalə dərc olunub.

Nəşr yazır ki, Ermənistanda ittiham edilən məhkəmə qərarları icrası komitəsinin keçmiş rəisi, general Mihran Poğosyanın Rusiya hakimiyyəti tərəfindən siyasi sığınacaqla bağlı müraciətinə müsbət cavab verildiyinə baxmayaraq, Ermənistanın müvafiq qurumları susmaqda davam edirlər.

“Ermənistan Baş Prokurorluğu ittiham edilən Poğosyanın Ermənistana ekstradisiyası barədə müraciətə müsbət cavab verilib-verilmədiyinə dair dəqiq cavab verməyib. Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyindən də cavab almaq cəhdləri boşa çıxıb. Ermənistan vətəndaşı, general rütbəli keçmiş məmurdan söhbət getsə də, aidiyyatı qurumlarda qeyri-müəyyənlik davam edir.

Əgər Rusiya Poğosyana siyasi sığınacaq versə, bu o deməkdir ki, Rusiya Ermənistanda demokratiyanın olmadığını, siyasi təqiblərin davam etdiyini qəbul edir. Bu hərəkət, dünyaya pis mesajdır və Ermənistanın nüfuzuna zərbədir”, - deyə nəşr qeyd edib.

Xatırladaq ki, qeyd edilən məsələ ilə bağlı Ermənistanın “Joğovurd” qəzeti Rusiyanın Baş Prokurorluğuna müvafiq sorğu göndərib və cavabını aldıqdan sonra dərhal yayımlayacağını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Poğosyan  

“Joğovurd”: Rusiya Ermənistanın nüfuzuna zərbə vurur

2019/05/00-14-1559037038.jpg
Oxunub: 1179     21:49     28 May 2019    