Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hələlik görüşün detalları və müzakirə mövzusu barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, mayın 22-də Bişkekdə baş tutan Xarici İşlər nazirlərinin görüşündə qəbul edilən qərara əsasən KTMT-nin Baş katibi vəzifəsinə təyin olunması üçün Kollektiv Təhlükəsizlik Şurasının nəzərinə Belarus Təhlükəsizlik Şurası sədrinin namizədliyi irəli sürülüb. Məhz bu qərar çərçivəsində Stanislav Zas Ermənistana səfər edib.
Qeyd edək ki, 2018-ci il noyabrın 2-də Ermənistan tərəfinin təşəbbüsü ilə Yuri Xaçaturovun KTMT-nin Baş katibi vəzifəsindən geri çağırılmasından sonra bu vəzifə boş qalmaqda davam edir.
Onu da qeyd edək ki, sabiq erməni Baş katibə qarşı Ermənistanda “1 Mart” cinayət işi üzrə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az